Smoq
Smoq (ingliscə smoke-tüstü, foq-duman) — havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir.
İri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən Smoq sakit havada və ya az küləkli vəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxt tüstü ilə duman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstünün havada asılı vəziyyətdə olan bərk hissəcikləri ətrafında gedir, havada istehsalın qaz halında olan qarışıqları da iştirak edir(Buna London tipli smoq deyilir).
Bəzən günəş şüalarının təsiri ilə qaz tullantılarında kimyəvi reaksiya zamanı əmələ gələn qazlardan ibarət davamlı göy tüstü müşahidə olunur, duman olmur (buna Los-Anceles tipli smoq deyilir). Alçaq temperaturda istilik-qızdırma sisteminin su buxarı ilə məişət qaz tullantıları birləşərək buzdan smoq əmələ gətirir.
Smoq insan orqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, bir çox hallarda çox saylı insan ölümünə səbəb olur, bitkilərə ziyan vurur.
Mənbə
[redaktə | vikimətni redaktə et]- AMEA, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işcisi, i.e.n.- Eminov Z.N., Bakı şəhəri, H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e.n.- Səmədov Q.M., "COĞRAFİYA ENSİKLOPEDİYASI", 2012-ci il.