Azerbaijan Renewable Energy Agency

Azerbaijan Renewable Energy Agency

Government Administration

Let's create clean and sustainable energy for our future generations

About us

Azerbaijan Renewable Energy Agency under the Ministry of Energy of the Republic of Azerbaijan was established in accordance with the Decree No. 1159 of the President of the Republic of Azerbaijan dated September 22, 2020 and the Charter of the Agency was approved. By the above-mentioned Decree No.1159, “Azalternativenerji” LLC was transferred to the subordination of the Azerbaijan Renewable Energy Agency. According to the Charter, the State Agency is a body involved in the formation and implementation of state policy in the field of renewable energy sources and their efficient use. The State Agency takes measures to organize, regulate and coordinate activities in the field of renewable energy sources and their efficient use, as well as to increase the investment attractiveness of the relevant sector. The main objectives of the State Agency are to increase the share of renewable energy sources within the installed electricity generation capacity up to 30% by 2030, to transform the liberated territories into the "Green Energy" Zone, to ensure the participation of the private sector in this area.

Website
https://area.gov.az/
Industry
Government Administration
Company size
11-50 employees
Headquarters
Baku
Type
Government Agency
Founded
2020

Locations

Employees at Azerbaijan Renewable Energy Agency

Updates

  • View organization page for Azerbaijan Renewable Energy Agency, graphic

    4,596 followers

    Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova cari ilin 2-4 dekabr tarixlərində Taylandın Banqkok şəhərində keçirilən Dayanıqlı İnkişaf üçün Enerji üzrə XIII Beynəlxalq Forumunda “Dayanıqlı enerjinin təşviq edilməsində enerji səmərəliliyi və bərpa olunan enerji agentliklərinin rolu” mövzusunda baş tutan tədbirdə məruzəçi qismində çıxış edib. Sözügedən tədbirin keçirilməsində məqsəd, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Avropa və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) və Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyasına (ESCWA) üzv dövlətlərdə bərpa olunan enerji və enerji səmərəliliyi üzrə yaradılmış agentliklər haqqında məlumat mübadiləsi, əldə olunan ən yaxşı təcrübələri, həmçinin uğurlu nəticələri vurğulayaraq əsas məsələlər üzrə maraqlı tərəflər arasında dialoqun gücləndirilməsi və mövcud agentliklərin təcrübəsindən istifadə edərək bu istiqamətdə müvafiq struktur bölmələr yaratmaq niyyətində olan digər ölkələr üçün faydalı nümunə kimi istifadə edilməsidir. Tədbirin “Enerji səmərəliliyi və bərpa olunan enerji üzrə fəaliyyət göstərən agentliklərin müqayisəli təhlili və nümunə araşdırmaları” adlı panel sessiyasında çıxış edən Rəna Hümbətova Dövlət Agentliyinin strukturu, fəaliyyət istiqamətləri haqqında məlumat verib, ölkəmizin bərpa olunan enerji üzrə texniki və iqtisadi potensialı, Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr sənədinə uyğun olaraq götürdüyü öhdəlik və hədəflər, yaşıl enerji dəhlizləri, Hidrogen üzrə Milli Strateji Baxış sənədi və Azərbaycanda həyata keçirilmiş ilk bərpa olunan enerji hərracı ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. 🔗 https://lnkd.in/e5f_YB4x #EnergetikaNazirliyi #BərpaOlunanEnerjiMənbələriDövlətAgentliyi #yaşılenerji

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub. Hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti hərracda qalib gəlib. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək. Energetika naziri Pərviz Şahbazov deyib: 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə hərracın uğurla başa çatması Azərbaycanın bərpa olunan enerji sektorunda daha bir mühüm nailiyyətidir. Çinin “Universal International Holdings Limited” şirkətinin qalib gəlməsi, ölkəmizin yaşıl enerji layihələrinə beynəlxalq investorların artan marağını və inamını bir daha təsdiq edir. AYİB-in dəstəyi ilə həyata keçirilən və nəticələri COP29 çərçivəsində elan olunan bu hərrac, Azərbaycanın beynəlxalq əməkdaşlığa, davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” potensialının reallaşdırılmasına sadiqliyini nümayiş etdirir. Bu uğur, enerji keçidi prosesimizi sürətləndirməklə yanaşı, qlobal iqlim hədəflərinə töhfəmizi daha da gücləndirəcək“. Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə Regional rəhbəri Alkis Vryenios Drakinos bildirib: “Azərbaycanın ilk bərpa olunan enerji hərracının uğurla başa çatması bizim üçün böyük nailiyyətdir. AYİB olaraq, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik”. Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib. #EmergetikaNazirliyi #BərpaOlunanEnerjiMınbələriDövlətAgentliyi #yaşılenerji

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +3
  • COP29 çərçivəsində 20 Noyabr tarixində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova “Yaşıllaşan şəhər nəqliyyatı” və “Regional Əməkdaşlıq üçün Yaşıl Şəhər Liderliyi” mövzularında keçirilən iki yüksək səviyyəli dəyirmi masalarda iştirak edib. Birinci dəyirmi masada yaşıl nəqliyyatın ölkə üzrə genişləndirilməsindən, ictimai nəqliyyatda elektrobuslardan istifadənin əhəmiyyəti barədə geniş müzakirələr aparılıb. İkinci dəyirmi masada isə “Regional Əməkdaşlıq üçün Yaşıl Şəhər Liderliyi” olan tədbirdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) regionu (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) üzrə şəhərlərin qlobal iqlim dəyişikliyi ilə mübarizədəki mərkəzi rolu müzakirə edilmiş, ən yaxşı təcrübələrin və innovativ yanaşmaların mübadiləsi, eləcə də şəhərlərdə iqlim tədbirləri üçün mütərəqqi maliyyə mexanizmlərinin araşdırılması istiqamətində aparılmış işlər barədə məlumatlar verilib. Qeyd edək ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi “Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması üzrə İqtisadiyyat Nazirliyiinin təşkilatçılığı ilə təşkil edilmiş işçi qrupunda iştirak etmiş, müvafiq rəy və təkliflər təqdim etmişdir. #EnergetikaNazirliyi #BərpaOlunanEnerjiMənbələriDövlətAgentliyi #yaşılenerji

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • View organization page for Azerbaijan Renewable Energy Agency, graphic

    4,596 followers

    Kəlbəcərdə ilk yerli külək elektrik stansiyası haqqında memorandum imzalanıb COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Clean Energy Invest LLC və Baltech Green LLC arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb. Bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir. Clean Energy Invest LLC və Baltech Green LLC layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq. Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur. "Bu, Azərbaycan üçün qürurverici bir andır. Yerli özəl investorlar ölkənin enerji keçidinə töhfə verməyə hazır olduqlarını nümayiş etdirirlər," - deyə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib. Baltech Green LLC-nin idarə heyətinin üzvü Volkan Gerdan vurğulayıb ki, Baltech Group Türkiyədə bərpa olunan enerji layihələrinin hazırlanması və idarə olunmasında uğurlu təcrübəyə malikdir. O, Kəlbəcər külək layihəsinin azad edilmiş ərazilərdə həyata keçirilməsinin şirkətin Azərbaycanın dayanıqlı inkişafına verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edib. Clean Energy Invest LLC, Azerbaijan Green Energy Company-nın (AGEC) törəmə müəssisəsi olaraq, bərpa olunan enerjiyə maliyyə yatırımı və idarəetməni həyata keçirir. Baş icraçı direktor Xəyalə Nağıyeva bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu layihənin regionda yaşıl iqtisadiyyat və ekoloji dayanıqlığın qurulması istiqamətində şirkətin məqsədlərinə uyğun olduğunu bildirib. Clean Energy Invest LLC-nin Müşahidə Şurasının sədri və AGEC-in baş icraçı direktoru Mir Camal Paşayev Kəlbəcər külək layihəsinin Azərbaycanın dekorbanizasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayıb. Eyni zamanda, Baltech Green LLC-nin Müşahidə Şurasının sədri Bülənt Karani hər iki tərəfin bərpa olunan enerji sahəsini inkişaf etdirmək və qlobal iqlim hədəflərini dəstəkləyən ortaq öhdəliklərini bir daha təsdiqləyib. #EnergetikaNazirliyi #BərpaOlunanEnerjiMənbələriDövlətAgentliyi #yaşılenerji

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +5
  • View organization page for Azerbaijan Renewable Energy Agency, graphic

    4,596 followers

    Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova “OPEC” fondunun ölkə üzrə meneceri Fatma Elzahra Elshhati, strateji planlaşdırma bölməsi, strategiya, davamlı inkişaf və tərəfdaşlıq üzrə direktoru Adebayo Babalola və özəl sektor üçün biznesin inkişafı üzrə direktoru Khalid Khadduri ilə görüşüb. Görüşdə Azərbaycanın bərpa olunan enerji mənbələri potensialı, həyata keçirilən yaşıl enerji layihələri, külək, günəş və hidrogen enerji sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Ölkə daxili yaşıl enerji bazarının yaradılması və yaşıl enerjinin ixracı üçün sertifikatlaşdırma sisteminin tətbiqi, yerli standartların qəbulu və Avropa İttifaqının standartları ilə uyğunlaşdırılması üçün “OPEC ” fondunun dəstəyi müzakirə olunub. Həmçinin görüşdə COP29 çərçivəsində açılması elan edilmiş Təmiz Enerji Mərkəzi (CECECO) vasitəsilə hidrogen enerjisi üzrə araşdırmalara dəstək layihələri ətrafında müzakirələr aparılıb. #EnergetikaNazirliyi #BərpaOlunanEnerjiMənbələriDövlətAgentliyi #yaşılenerji

    • No alternative text description for this image
  • COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə Deloitte şirkətinin Azərbaycan üzrə meneceri Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında investorlar tərəfindən ölkə hüdudlarında istehsal olunan, habelə Mərkəzi Asiya ölkələrindən ötürüləcək "yaşıI enerji"nin ixracı ilə bağIı biznes-modelin müəyyənIəşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı ilk görüş keçirilib. Görüşdə layihə ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. #EnergetikaNazirliyi #BərpaOlunanEnerjiMənbələriDövlətAgentliyi #yaşılenerji

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image

Similar pages