Boomerang Agency Indoor (Daxili) reklamlarla məşğul olan reklam şirkətidir.
#hiring
"Tibbi satış nümayəndəsi" vakansiyasını elan edir.
Əsas vəzifə və öhdəliklər:
• Tibb müəssisələrində reklam layihəsi üzrə müştəri bazasının formalaşdırılması və mövcud korporativ müştərilərlə əlaqələrin qurulması;
• Farmasevtika, Tibbi avadanlıqlar, Qeyri-qida sektoru üzrə yeni müştərilərin cəlb edilməsi və onlarla danışıqların aparılması;
• Şirkətə məxsus olan məhsulların tanıtımı və təqdimatı;
• Mütəmadi olaraq müvafiq müəssisələr ilə görüşlərin keçirilməsi;
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
• Müştəri məmnuniyyətini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Görülən işlər barədə gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
• İş vaxtı 09:00-dan 18:00-dək həftə içi
Namizədə dair əsas tələblər:
- Reklam və marketing sahəsində minimum 2 il iş təcrübəsi
- Müştərilərlə sıx və yüksək münasibət
- Yaş həddi: 25-35
- Azərbaycan və rus dillərində düzgün şifahi və yazılı nitq qabiliyyəti
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Satış qabiliyyəti (B2B, qaynar zənglər)
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Problemlər qarşısında həll yolları axtarmaq və tapmaq;
İş yeri Azure Business Center-də yerləşir, nəqliyyat xərcləri və korporativ nömrə şirkət tərəfindən qarşılanır.
Əmək haqqı fiks və hər satışdan bonuslar mövcuddur.
Qeyd olunan tələblər üzrə təcrübəsi olan namizədlər
CV-lərini info@boomerangagency.az ünvanına göndərmələri xahiş olunur.
#vacancy #boomerangagency