26 dekabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 73 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
Government Administration
The main goal of the Central Bank is to maintain price stability within its authorities set by the Law.
About us
Azərbaycan Respublikasının Mərkəzi Bankı Central Bank of the Republic of Azerbaijan
- Website
-
http://www.cbar.az
External link for Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
- Industry
- Government Administration
- Company size
- 501-1,000 employees
- Headquarters
- Baku
- Type
- Government Agency
- Founded
- 1992
Locations
-
Primary
90 Rashid Behbudov street
Baku, AZ1014, AZ
Employees at Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
-
Vugar Ahmadov
Executive Director at Central Bank of the Republic of Azerbaijan
-
Seymur Ibadov , PhD
Head of Investment Research and External Managers oversight @ Central Bank of Azerbaijan | Ph.D. in Economics
-
Ali Ahmadov
Deputy Governor at the Central Bank of the Republic of Azerbaijan
-
Azer Alasgarov
Director of Monetary Policy Department at Central Bank of Azerbaijan
Updates
-
2024-cü ilin noyabr ayı üzrə Statistik Bülleten Mərkəzi Bankın saytında yerləşdirilib. Ətraflı: https://lnkd.in/ejieEGWV #MərkəziBank #StatistikBülleten
-
Özbəkistan Mərkəzi Bankının nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında təcrübə mübadiləsində iştirak edib Özbəkistan Respublikası Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti bank olmayan kredit təşkilatlarına (BOKT) nəzarət çərçivəsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında səfərdə olub. Səfər zamanı ÖMB nümayəndə heyəti Mərkəzi Bankda BOKT-lərə nəzarət çərçivəsində yeni qəbul edilmiş qaydalar, biznes modellər, inkişaf dinamikası, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də maliyyə inklüzivliyi üzrə məlumat mübadiləsində iştirak edib. ÖMB nümayəndə heyətinin Azərbaycan Mikromaliyyələşmə Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə görüşü də təşkil olunub. Görüşdə BOKT-lərin bu təşkilatlarla iş prinsipləri və maliyyələşdirilməsi prosesi ilə bağlı ətraflı məlumat verilib. #MərkəziBank
-
Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib. Təlim nəzarət orqanları tərəfindən müvafiq prosesləri asanlaşdırmaq və gücləndirmək üçün texnologiyalardan istifadəni nəzərdə tutan nəzarət texnologiyaları (#SupTech) mövzusuna həsr olunub. Təlim çərçivəsində “SupTech”in mahiyyəti, tətbiqi zərurəti, nəzarət prosesinə töhfələri, eləcə də tətbiqi zamanı qarşıya çıxan problemlər və effektiv tətbiq üçün tələb olunan yanaşmalara dair məlumat təqdim olunub. Həmçinin bu sahədə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş və tətbiqi planlaşdırılan təşəbbüslər vurğulanıb. Təlimin sonunda Mərkəzi Bankın sədri Taleh Kazımov media nümayəndələri ilə görüşüb. #MərkəziBank
-
Mərkəzi Bank tərəfindən virtual aktivlərin və bu xidmətin təminatçılarının fəaliyyətinin tənzimlənməsi istiqamətində ekspertlərin iştirakı ilə "Virtual aktivlər və bazar ehtiyacları: ekspert müzakirəsi" adlı tədbir keçirilib. Tədbirdə virtual aktivlər üzrə tənzimləmə və nəzarət çərçivəsinin yaradılması, virtual aktivlər bazarı və Mərkəzi Bankın bu sahədəki tənzimləmə yanaşması kimi mövzular müzakirə olunub. İştirakçılar həmçinin, Qazaxıstan və Türkiyədə virtual aktivlərin tənzimlənməsi sahəsində əldə edilmiş təcrübələrlə tanış olublar. Müzakirələr zamanı virtual aktivlər bazarında mövcud çağırışlar, risklər və potensial imkanlar, eləcə də maliyyə sektorunda bu aktivlərin inteqrasiyası üzrə müxtəlif təkliflər irəli sürülüb. #MərkəziBank
-
Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb. Sədr müavini görüşdə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və banklar tərəfindən əhaliyə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə banklar tərəfindən sözügedən sahədə görülən işlər, həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. #MərkəziBank
-
Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri ilə maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın gücləndirilməsi məqsədilə görüş keçirilib. Görüş çərçivəsində assosiasiyalarda maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi üzrə işçi qrupların fəaliyyət göstərməsi, işçi qruplar vasitəsilə istehlakçı müraciətlərinin təhlil edilməsi, onların hüquqlarının pozulmasının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi və müvafiq birgə işlərin həyata keçirilməsi müzakirə olunub. Eyni zamanda, qeyd olunan istiqamətdə işlərin daha da səmərəli həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.