STP Group of Companies’ cover photo
STP Group of Companies

STP Group of Companies

Investment Management

Sumgait , Sumqayıt 26,183 followers

STP ölkənin aparıcı və nəhəng müxtəlifyönümlü sənaye istehsalçılarını idarə edən investisiya şirkətidir.

About us

Established in 2009, the STP Group of Companies, headquartered at the Sumgait Technology Park, is one of the most diverse and wide-profile companies in the region. With a robust network of 14 production factories, we have a significant presence in both domestic and international markets. Our commitment to excellence and innovation has enabled us to extend our reach across East and West Europe, the Middle East, and North America. Our numerous ISO certifications underscore our dedication to maintaining the highest standards of quality and continuous improvement. At STP Group of Companies, we pride ourselves on our ability to adapt and thrive in a dynamic business environment. Our comprehensive range of products and services meets the needs of a varied clientele, ensuring that we remain at the forefront of our industry. We continue to push boundaries, set new standards, and deliver unparalleled value to our customers in Azerbaijan and worldwide.

Website
https://www.stp.az/
Industry
Investment Management
Company size
1,001-5,000 employees
Headquarters
Sumgait , Sumqayıt
Type
Privately Held
Founded
2009
Specialties
Industry, Technology, Factory, Automation, Production, Facility, STP, Azerbaijan, Sumgait, Sumqayit, Fabrication, Machine, Equipment, Building, Investment, Economy, Marketing, and Electronic

Locations

  • Primary

    H.Z. Taghiyev settlement

    Sumgait , Sumqayıt AZ5022, AZ

    Get directions

Employees at STP Group of Companies

Updates

  • STP Şirkətlər Qrupunda istehsal olunan PE 100 polietilen qaynaq fitinqləri boru birləşmələrinin möhkəmliyini təmin edən etibarlı həllərdən biridir. Yüksək sıxlıqlı polietilendən hazırlanan bu fitinqlər PE 100 borularının davamlı və təhlükəsiz birləşdirilməsini təmin edir. Boru kəmərlərinin istiqamətinin dəyişdiyi nöqtələrdə, döngələrdə, ayrıc hissələrdə və diametr fərqlərinin olduğu yerlərdə istifadə olunur. 15°-90° arasında müxtəlif bucaq konfiqurasiyalarında istehsal edilən fitinqlər istənilən sistemin texniki tələblərinə uyğun gəlir. Bu fitinqlər uc-uca (calama) qaynaq üsulu ilə xüsusi qaynaq cihazlarının köməyi ilə birləşdirilir və yüksək təzyiqə, zərbələrə, deformasiya və kimyəvi təsirlərə qarşı davamlılığı ilə seçilir. Oksidləşməyə məruz qalmır və 50 ildən çox istismar müddətinə malikdir. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • STP Şirkətlər Qrupunda istehsal olunan PE100 polietilen boruları yüksək təzyiqə, zərbələrə və xarici təsirlərə qarşı dayanıqlıdır. Su, qaz, drenaj, neft-kimya və sənaye sektorlarında geniş istifadə olunur. 50+ il ömrü, çatlamağa və şaxtaya qarşı davamlılığı, kimyəvi təsirlərə dözümlülüyü və hamar daxili səthi boruların uzunmüddətli və səmərəli istifadəsini təmin edir. Polimer məmulatlar zavodu PE 100 borularını 16-1200 mm diametr, 6,3-25 atmosfer təzyiq gücündə, həm rulon, həm də standart ölçülərdə istehsal edə bilir. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri ötən həfta STP Şirkətlər Qrupunda unudulmaz bir ekskursiya təcrübəsi yaşadılar. Şagirdlərimiz sənaye istehsalı, yeni texnologiyalar və şirkətin tarixi ilə bağlı əyani məlumatlar əldə etdilər. STP Şirkətlər Qrupunun iqtisadiyyata verdiyi töhfələr və istehsalat sahələri haqqında təqdimatı dinlədikdən sonra, Qrupun daxilində fəaliyyət göstərən "STP Global Cable" şirkətinin zavodunu ziyarət edərək, istehsal və keyfiyyətə nəzarət prosesləri ilə yaxından tanış oldular. Bu cür təşəbbüslər gənclərimizin peşəkar karyeraları üçün ilham mənbəyi olaraq onları gələcəyin texnologiyalarına hazırlayır.

  • STP Şirkətlər Qrupunun tərkibinə daxil olan STP Polymer və qlobal sənaye şirkəti olan Georg Fischer ilə birgə təlimi keçirib! STP Polymer və Georg Fischer şirkətləri, qabaqcıl boru kəməri texnologiyalarını müxtəlif sənaye mütəxəssisləri ilə paylaşdı. 11-12 fevral tarixlərində keçirilən tədbirlər, iştirakçılara boru kəmərlərinin quraşdırılması və qaynaq edilməsi sahəsində ən yeni texnologiyalarla tanış olmağa imkan yaratdı. 11 Fevral – Praktiki Təlim: Elektrofüzyon fitinqləri, qaynaq avadanlıqları və boru kəmərlərinin texniki xidmət sahəsində ən son həllər barədə tanışlıq keçirildi. 12 Fevral – Elmi-Texniki Seminar: Qaz və su paylama sistemləri üzrə qlobal təcrübələr və bu sahədə tətbiq olunan yeni texnologiyalar haqqında ətraflı məlumat verildi. Bu tədbirlər sənaye sektorunda innovativ yanaşmalar və ən müasir həllərlə tanış olmaq üçün böyük fürsətlər yaratdı. Daha ətraflı: https://lnkd.in/eGq5hhSc

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +2
  • Polietilen borular gündəlik həyatımızda mühüm rol oynayır – su, qaz və digər mayelərin təhlükəsiz daşınmasını təmin edir. Bəs onlar necə hazırlanır? Sağa sürüşdürərək STP Şirkətlər Qrupunda polietilen boruların istehsal mərhələlərini addım-addım kəşf edin! STP keyfiyyətli və möhkəm borular istehsal edərək müştərilərinə etibarlı həllər təqdim edir! ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • STP Şirkətlər Qrupunun yüngül və mürəkkəb metal konstruksiyaların hazırlanması və quraşdırılması üzrə peşəkar komandası, müxtəlif sənaye və mülki obyektlər üçün yüksək keyfiyyətli tikinti konstruksiyalarını hazırlayır və quraşdırır. İstənilən ölçüdə ferma, zavod, anbar, yaşayış və ofis binaları, stadionlar və ticarət mərkəzləri kimi iri və kiçik qabaritli struktur elementlərinin istehsalı və montajı yüksək dəqiqliklə həyata keçirilir. Müəssisənin illik 12000 ton istehsal gücü ilə hər cür metal konstruksiyanı yaratmaq mümkündür. STP həmçinin yüksək gərginlikli elektrik xəttləri üçün dirəklər, bayraq dirəkləri və digər xüsusi konstruktorları hazırlayır. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

    • No alternative text description for this image
  • Sual: Qaynar sinkləmə vannasının maksimal ölçüsü nə qədərdir? Cavab: STP Şirkətlər Qrupunda sinkləmə zavodunun istehsal gücü 20,000 ton olub, sinkləmə prosesi Almaniya, Avstriya və Norveçin qabaqcıl avadanlıqları ilə həyata keçirilir. Avtomatik rejimdə ölçüləri 14,5x1,4x2,7 metrə qədər olan metal konstruksiyalar sinklənə bilər. Əl rejimində isə uzunluğu 18 metrə qədər olan konstruksiyaların sinklənməsi mümkündür. Metalın ilkin emalı üçün 9 texnoloji vanna, 3 traversli quruducu və HCl buxarını tutan skrubber sistemi mövcuddur. Bütün proses qabaqcıl texnologiyalarla, keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə aparılır. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

  • STP Şirkətlər Qrupu tərəfindən istehsal olunan terminallar ödəmə, bilet satışı, növbə idarəetməsi və məlumat xidməti kimi çoxşaxəli funksiyaları ilə fərqlənir. Müasir dizayna və yüksək performansa malik olan STP terminalları, dövlət qurumları, özəl sektor və ictimai xidmətlər sahəsində geniş tətbiq imkanları yaradır. İstifadəçi yönümlü interfeysi və funksionallığı ilə STP terminalları, istənilən sahədə əməliyyat proseslərini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Bank sektorundan tutmuş ticarət mərkəzlərinə, nəqliyyat düyünlərindən təhsil müəssisələrinə qədər geniş tətbiq sahəsinə malikdir. Bu məhsullar, həm müəssisələrin iş səmərəliliyini artırır, həm də müştəri məmnuniyyətini yüksəldir. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az  

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image

Affiliated pages

Similar pages