Veyseloglu Group of Companies’ cover photo
Veyseloglu Group of Companies

Veyseloglu Group of Companies

Retail

Topdansatış/distribusiya, pərakəndə, istehsalat və logistika sahələrində fəaliyyət göstəririk!

About us

2022-2023-cü illərdə dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Website
http://www.veyseloglu.az/
Industry
Retail
Company size
10,001+ employees
Headquarters
Baku
Type
Privately Held
Founded
1994

Locations

Employees at Veyseloglu Group of Companies

Updates

  • "Yaxşı karyera zəngin iş mühitində qazanılır" Artıq işə qəbul müraciətlərinizi job.veyseloglu.az portalı vasitəsilə həyata keçirə bilərsiniz.  Veysəloğlu Şirkətlər Qrupu və Qrupumuza daxil olan bizneslərdə çalışmaq istəyən namizədlər https://job.veyseloglu.az/ işə qəbul portalına daxil olaraq özlərinə şəxsi kabinet yarada və məlumatlarını əlavə edə bilərlər. Namizədlərin rahat və tez bir zamanda müraciətini təmin etmək məqsədi ilə yaradılan portalda cari vakansiyaları izləmək və Şirkətlər Qrupunun iş mühiti ilə tanış olmaq imkanı yaradılıb. Portalda artıq profil mövcuddursa, həmin profil məlumatları ilə Şirkətlər Qrupuna daxil olan istənilən şirkətin karyera portalına yenidən qeydiyyat etmədən daxil ola bilərsiniz. Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunur. Qeyd edək ki, işə qəbul komandası tərəfindən aktiv olan vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılır, digər profillər portalın namizəd bazasına əlavə edilərək münasib vakansiyalar üzrə yenidən dəyərləndirilir. 

    • No alternative text description for this image
  • Tarixə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Onlar Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Uca Tanrıdan faciə qurbanlarının ruhuna rəhmət diləyirik!

    • No alternative text description for this image
    • No alternative text description for this image
  • Şirkətlər Qrupumuzda çalışan veteran və qazilərimiz üçün növbəti seminar Mingəçevir regional filialımızda baş tutub. “Müharibənin həyatımızdakı izləri” adlı seminar “Sizə Minnətdarıq” layihəsi çərçivəsində təşkil olunan sayca onuncudur. Hummel Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Taryel Faziloglu tərəfindən aparılan seminar zamanı postmüharibə travmalarının nəticələri və müharibə sindromunun aradan qaldırılması ilə bağlı müzakirələr baş tutub, həmçinin qazi və veteranların psixoloji vəziyyətinin yaxşılaşdırılması və normal həyat tərzinə qayıdış üçün dəstək məsələləri müzakirə olunub. Tədbirdə qalib Azərbaycan Ordusunda şücaətlə xidmət göstərmiş otuzdan çox veteran və qazi əməkdaşlarımız iştirak edib. Tədbirdə layihə rəhbəri, qazi Eldəniz Seyidov çıxış edərək seminarın əhəmiyyətindən, əməkdaşlara göstərilən davamlı diqqət və qayğıdan bəhs edib. Bir daha qeyd etmək istərdik ki, Veysəloğlu Şirkətlər Qrupu olaraq, göstərdiyimiz qayğı və dəstək ilə hər zaman qazilərimizin yanındayıq! #SizəMinnətdarıq

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • #Baş mühasib #işvar #Veysəloğlu Şirkətlər Qrupu #Baş mühasib vakansiyasını elan edir. Vəzifə öhdəlikləri - İnşaat layihələrinin maliyyə uçotunu aparmaq və xərcləri izləmək; - Vergi, DSMF və statistika hesabatlarını hazırlamaq və təqdim etmək; - Bank əməliyyatlarına, kassa və əməkhaqqı hesablamalarına nəzarət etmək; - Mühasibatlıq şöbəsinin işini təşkil etmək və maliyyə hesabatlarını rəhbərliyə təqdim etmək. Ümumi tələblər: - Mühasibatlıq və ya maliyyə üzrə ali təhsil; - İnşaat və əmlak sahəsində minimum 5 il iş təcrübəsi; - Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər - 1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı.  - PMS sertifikatı - ACCA sertifikatları üstünlükdür. Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Baş mühasib” yazmaqla, öz CV-lərini career@veyseloglu.azjob.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Veysəloğlu Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi", "OBA Marketlər Şəbəkəsi" və "Veysəloğlu MMC” yer alır. Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir. Siyahıdan göründüyü kimi, "Araz Supermarket MMC" 36,7 milyon manat, "OBA Market" Məhdud Məsuliyyətli Cəmiyyəti 23,5 milyon manat, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyət isə 15,5 milyon manat vergi ödəyib. Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili həm də göstərir ki, "Araz Supermarket" və "Oba Market" pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə Veysəloğlu Şirkətlər Qrupu birinci yerdə qərarlaşıb. Açıqlanan rəqəmlər deməyə əsas verir ki, Veysəloğlu Şirkətlər Qrupu yerli istehlakçılara dəstək verən və əhəmiyyətli sayda iş yerləri yaradan şirkət olmaqla yanaşı, həm də iri vergi ödəyicisi qismində ölkə iqtisadiyyatına lazımi töhfəni vermiş olur. Araz Supermarket MMC OBA Marketlər Şəbəkəsi Veyseloglu LLC

    • No alternative text description for this image
  • #Anbardar və maddi vəsaitlər üzrə mütəxəsis  #işvar #Veysəloğlu Şirkətlər Qrupu #Anbardar və maddi vəsaitlər üzrə mütəxəsis vakansiyasını elan edir. Vəzifə öhdəlikləri - Ofisin gündəlik fəaliyyətləri üçün lazım olan dəftərxana ləvazimatlarının (kağız, qələm, qovluq və s.) təmin edilməsi, alınıb istifadə olunması və ehtiyatların izlənməsi. - Ofis təchizatı, dəftərxana ləvazimatları və digər avadanlıqların anbarına nəzarət edilməsi, müvafiq inventarların saxlanması və ehtiyatların müntəzəm olaraq yenilənməsi. - Dəftərxana materiallarının və ofis təchizatının miqdarının dəqiq qeydiyyatını aparmaq, aylıq və ya illik inventar yoxlamaları həyata keçirmək. - Lazımi dəftərxana materialları və avadanlıqlar üçün təchizatçılarla əlaqə saxlanılması, sifarişlərin verilməsi və təchizatın vaxtında təmin edilməsi. - Maddi vəsaitlərin hərəkətini göstərən maliyyə hesabatlarının hazırlanması, aylıq və illik inventarların yoxlanması və sənədlərin müvafiq qaydada saxlanması. - Maddi vəsaitlərin mühafizəsinin təmin olunması, saxlama şəraitlərinin düzgünlüyünün yoxlanması və müvafiq qaydalara uyğun olaraq təşkil olunması. - Maddi vəsaitlərə dair müvafiq sənədlərin düzgün şəkildə qeydiyyatının aparılması, arxivləşdirilməsi və saxlanılması. - Müntəzəm olaraq maddi vəsaitlərin fiziki yoxlanmasını həyata keçirmək, ehtiyatların mühasibatlıq qeydləri ilə uyğunluğunu təmin etmək. - Maddi vəsaitlərin istifadəsi ilə bağlı qanunvericilik tələblərinə əməl edilməsi, müvafiq dövlət orqanları ilə əlaqə saxlanılması. Ümumi tələblər: - Ali təhsil - MS Office (Word, Excel, Outlook, Tiger) proqramlarından istifadə etmək bacarığı - Bu sahədə ən azı 3 il iş təcrübəsi - Tikinti və ya digər sahələrdə anbar uçotu üzrə təcrübə - Tikinti materialları, təsərrüfat və dəftərxana malları haqqında məlumatlı olmaq - Dəqiq, məsuliyyətli və təşkilatçılıq bacarığına sahib olmaq - Komandada işləmə və ünsiyyət bacarığı Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Anbardar və maddi vəsaitlər üzrə mütəxəsis ” yazmaqla, öz CV-lərini career@veyseloglu.azjob.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Veyseloglu Group of Companies reposted this

    #Direktor Köməkçisi #işvar #Veysəloğlu Şirkətlər Qrupu #Direktor köməkçisi vakansiyasını elan edir. Vəzifə öhdəlikləri - Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması; - Direktorun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.); - Direktorun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.); - İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması; -Direktorun gündəliyinin hazırlanması. -Direktorun görüş və iclaslarının planlaşdırılması və təşkil edilməsi; -Direktorun tapşırığı ilə məlumatların axtarışı və təhlililin həyata keçirilməsi; -Yazışma etikası əsasında rəsmi yazışmaların aparılması -İşgüzar səfərlərin təşkil edilməsi və inzibati dəstək göstərilməsi; -Direktorun əlavə tapşırıqlarının yerinə yetirilməsi. Ümumi tələblər: - Yüksək səviyyədə təqdimat bacarığı; - MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı (xüsusilə Excel biliyi yüksək olanlara üstünlük verilir); - Yüksək qavrama və öyrənmə qabiliyyəti; - Azərbaycan və ingilis dilləri səlis, rus dili biliyi üstünlükdür; - İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti. -Cari vəzifədə minimum 1 il iş stajı -Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Direktor köməkçisi” yazmaqla, öz CV-lərini career@veyseloglu.azjob.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Veyseloglu Group of Companies reposted this

    #İT Biznes Analitik #işvar #Veysəloğlu Şirkətlər Qrupu #Biznes Analitik #vakansiyasını elan edir. Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik. Vəzifə öhdəlikləri: - Biznes tələblərinin toplanması və təhlili: Şirkətin iş prosesləri və tələblərini anlamaq, sistemin inkişafı üçün biznes tələblərini toplamaq. - Tələblərin sənədləşdirilməsi: Biznes tələblərinin texniki tələblərə çevrilməsi, detallı spesifikasiyaların hazırlanması. - Sistem analizi və dizaynı: Mövcud sistemlərin təhlili, yeni sistem dizaynı və tətbiq olunacaq həll yollarının təklif edilməsi. - Komanda ilə əməkdaşlıq: Proqramçılar, layihə menecerləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək. - Test proseslərinə dəstək olunması: Yeni həllərin və sistemlərin test edilməsi üçün ssenarilərin hazırlanmasına və test proseslərinə dəstək. - Layihə idarəetməsi dəstəyi: Layihə müddətində irəliləyişin izlənilməsi, risklərin və problemlərin həlli üçün dəstək vermək. - Biznes ilə kommunikasiya: Bizneslə əlaqə quraraq onların tələblərini və gözləntilərini müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək. Tələblər: - Təhsil: Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi. - Təcrübə: IT Biznes Analist vəzifəsində ən azı 2+ il iş təcrübəsi. - Analitik bacarıqlar: Məlumatların analiz edilməsi, proseslərin optimallaşdırılması və sistemlərin işləmə mexanizmlərinin dərin təhlil bacarığı. - Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər (arzuolunandır). - Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq. - Texniki biliklər: SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə biliklər. - Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək. - Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir.   Şəxsi keyfiyyətlər: - Problemlərin həll olunmasında kreativ yanaşma. - Komandada işləmək bacarığı. - Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.   Təkliflər: - Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı. - Təlim və sertifikat proqramlarına dəstək. - Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq. İş şərtləri: -      İş məkanı: Azure Plaza -      Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə -      İş rejimi: 5 gün (həftəiçi) -      Nahar: Təmin edilir Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT Biznes Analitik” yazmaqla, öz CV-lərini career@veyseloglu.azjob.veyseloglu.az ünvanına göndərə bilərlər.

  • Veyseloglu Group of Companies reposted this

    #İcarə üzrə mütəxəssis #işvar #Veysəloğlu Şirkətlər Qrupu #İcarə üzrə mütəxəssis #vakansiyasını elan edir. Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik. Vəzifə öhdəlikləri: -Kommersiya, ofis sahələrinə yeni icarəçilərin cəlb olunması; -Mövcud icarəçilərlə münasibətlərin müsbət istiqamətdə inkişaf etdirilməsi; -İcarə sahələri üzrə gəlirlərin artırılması istiqamətində yeni həllərin tapılması; -Müştəri bazasının toplanması - müştəri xidmətinin səviyyəsinin yüksək saxlanılması; -Şikayətlərlə peşəkarlıqla məşğul olmaq, müsbət həll yolları ilə bağlı təkliflərin hazırlanması; -Marketinq, Mühasibatlıq, Hüquq və Mühəndislik şöbələri ilə daim əməkdaşlıq; -Borcların izlənilməsi, portfel üzrə debitor borcların minimum səviyyədə saxlanılmasını təmin Tələblər: -İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketing və digər uyğun sahələr üzrə ali təhsil; -Xidmət satışı sahəsində minimum 2 il iş təcrübəsi; -Azərbaycan dili - səlis, rus və ingilis dilləri üstünlükdür -MS Office proqramları biliyi -Analitik hesabat bacarıqları; -Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilərə sahib olmaq; -Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmək bacarığı. İş şərtləri: -      İş məkanı: Azure Plaza -      Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə -      İş rejimi: 5 gün (həftəiçi) -      Nahar: Təmin edilir Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İcarə üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini career@veyseloglu.azjob.veyseloglu.az ünvanına göndərə bilərlər.

Similar pages