Air və Tenere milli təbiət qoruğu
Air və Tenere milli təbiət qoruğu | |
Aïr and Ténéré National Nature Reserve [* 1] | |
Ölkə | Niger |
---|---|
Tip | Təbii |
Kriteriya | Təbii: (vii), (ix), (x) |
Keçid | 573 |
Daxil edilməsi | 1991 (15 sessiya) |
|
|
Air və Tenere milli təbiət qoruğu — Nigerdə yerləşən təbiət qoruğudur. Buraya bir neçə üst-üstə düşən qoruq təyinatı daxildir və YUNESKO-nun Dünya İrsi mirasıdır. Qoruq, həm Air dağlarının şərq yarısını, həm də Tenere səhrasının qərb hissələrini əhatə edir. Ərazi, həmçinin, "BirdLife İnternational" tərəfindən əhəmiyyətli quş sahəsi kimi müəyyən edilmişdir.[1]
Air və Tenere təbiət qoruğu UNESCO Dünya İrsi mirasına 1991-ci ildə daxil olmuş və 1992-ci ildə təhlükəli bir ərazi olaraq təyin edilmişdir. VII, IX, X və #573 meyarlarına əsasən təyin edilmişdir.
Qoruq 77,360 kvadrat kilometr ərazini əhatə edir. Bu, Afrikadakı ikinci ən böyük təbiət qoruğu, dünyada isə dördüncü ən böyük qoruq hesab edilir.[2]
UNESCO-nun Air və Tenere təbiət Qoruğu iki hissədən ibarətdir:
Air və Tenere milli təbiət qoruğu
- IUCN növü IV.
- 1 yanvar 1988-ci ildə yaradılmışdır.
- 64,560 km².
Air və Tenere Addax ziyarətgahı
- IUCN növü Ia.
- 1 yanvar 1988-ci ildə yaradılmışdır.
- 12,800 km².
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Important Bird Areas factsheet: NNR Aïr - Ténéré" (İngilis). datazone.birdlife.org. 2020-01-15 tarixində arxivləşdirilib.
- ↑ "Africa's Second largest nature preserve established" (İngilis). jstor.org. 7 May 2020 tarixində arxivləşdirilib.