Ammonium karbonat
Naviqasiyaya keç
Axtarışa keç
Ammonium karbonat (NH4)2CO3 — karbonat turşusunun ammonium duzudur.
Ammonium karbonat | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CH₈N₂O₃[1] |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Sıxlıq | 1,6 q/sm³ |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 506-87-6 |
PubChem | 10480, 517111, 123132502 |
ChEBI | 229630 |
ChemSpider | 10048 |
Fiziki xassələri
[redaktə | vikimətni redaktə et]Ammonium karbonat-ağ kristalik maddədir. Rəngsiz kristalları suda asanlıqla həll olunur. Ammonium karbonat həm havada, həm də məhlulda qeyri-sabitdir, çünki artıq otaq temperaturunda ammonium hidrokarbonata çevrilərək ammonyak buraxır.
Alınması
[redaktə | vikimətni redaktə et]Müasir sintez, prosesin sadəliyini və aşağı qiymətini nəzərdə tutur. Bunu etmək üçün, NH3 qazını, CO2 qazını və su buxarını qarışdıraraq alırıq. Sürətli soyutma bu üsul üçün ilkin şərtdir.
Kimyəvi xassələr
[redaktə | vikimətni redaktə et]- Zəif əsas və zəif turşudan əmələ gələn duz kimi kation və anionda hidrolizə məruz qalır:
- Əsaslarla və duzlarla reaksiyaya daxil olur:
Tətbiqi
[redaktə | vikimətni redaktə et]Ammonium karbonat müxtəlif sahələrdə istifadə olunur:
- qida sənayesində maya əvəzedicisi kimi;
- ammonium sulfatın istehsalı üçün xammal kimi;
- dəniz suyundan kalium çıxararkən maqnezium duzlarının çökməsi üçün;
- boyaların tərkibində kosmetika istehsalında;
- əczaçılıq sənayesində öskürək və ammonyak dərmanlarının istehsalında;
- şərab istehsalında fermentasiya prosesini sürətləndirmək üçün;
- yanğınsöndürmə üçün istifadə olunan maddələrin tərkib hissələrindən biri kimi tətbiq olunur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- Справочник химика / Редкол.: Никольский Б.П. и др. - 3-е изд., Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
- Лидин Р. А., Андреева Л. Л., Молочко В. А. Химические свойства неорганических веществ: Учеб.пособие для вузов - 3-e изд., М.: Химия, 2000. - 480 с.