31°37′36″ şm. e. 74°52′37″ ş. u.HGYO

Amritsar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amritsar
ਅੰਮ੍ਰਿਤਸਰ
अमृतसर
31°37′36″ şm. e. 74°52′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1574
Sahəsi
  • 170 km²
Mərkəzin hündürlüyü 234 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.132.383 nəf.
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 183
Poçt indeksi 143001
Nəqliyyat kodu PB02
Digər
amritsarcorp.com
Xəritəni göstər/gizlə
Amritsar xəritədə
Amritsar
Amritsar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AmritsarHindistanın şimal-qərbində, Hindistanın Pəncab ştatında ən böyük şəhər

Amritsar 19-cu əsrdə Rancit Sinqh dövlətinin tərkibinə daxil idi. 1849-cu ildə 2-ci ingilis–siqh müharibəsi zamanı Amritsar İngiltərənin Ost-Hind şirkəti tərəfindən işğal olunmuş, Milli azadlıq mübarizəsinin (1918–22) genişləndiyi dövrdə onun mərkəzlərindən birinə çevrilmişdir. 1919-cu il aprelin 13-də Amritsarın Calianval-Baqh meydanında müstəmləkəçilər əleyhinə keçirilən mitinqin iştirakçıları gülləbaran edilmişdir. 1947-ci ildə Hindistanın bölüşdürülməsi vaxtı Amritsar induist, müsəlmansiqhlərin arasında baş verən toqquşmalar zamanı böyük dağıntılara məruz qalmışdır. Amritsar və "Qızıl məbəd" İndira Qandi hökumətinin siqh ekstremistlərinə qarşı keçirdiyi "Mavi ulduz" əməliyyatı zamanı (1984) da zərər çəkmişdir. Şəhər 1577-ci ildə siqhlərin dördüncü dini başçısı (quru) Ram Das tərəfindən müqəddəs Ölümsüzlük (sanskrit dilində – amrita saras) gölü ətrafında salınmışdır. Amritsar siqhlərin başlıca dini və mədəniyyət mərkəzi hesab olunur. Burada onların baş ibadətgahları "Qızıl məbəd" (Xarimandir) yerləşir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Amritsarda nəqliyyat qovşağı, mühüm sənayeticarət mərkəzi, toxuculuq, maşınqayırma, kimya sənayesi müəssisələri var. Polad prokat, şəkər, yun, ipək və pambıq parça, xalça istehsal olunur. Sümük, metal və göndən məmulat hazırlanır.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 455–56. ISBN 978-9952-441-02-4.