Burxancılıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Burxancılıq

Burxancılıq və ya Ağ Yanq, Altayca: Ak Janq, qərb ədəbiyyatında: Burxanizm) — 1904–1930-cu illər arasında Altay bölgəsində ortaya çıxmış olan və ruslara qarşı inqilab xüsusiyyətləri daşıyan dini qiyam.

Türk xalqlarının köhnə inancı Tenqriçilik təməlləri üzərinə qurulmuş olan Ağ din eyni zamanda Altay türklərinin Rus suverenliyinə qarşı başlatdıqları milli qiyamları olmuşdur. Rusların çox ciddi şiddət istifadəsi ilə qanlı bir şəkildə son verdikləri bu qiyam bu günə qədər altaylıların mədəniyyətində izlərini buraxmışdır.

Ağ dinin bəlkə ilk rəhbəri deyə biləcəyimiz adam Çet Çelpen (ya da Çot Çelpanov), arvadı və övladlıq qızı ilə bir meşəlik bölgədə yaşayırdı. 1904-cü ilin aprel ayında Çet Çelpen və onun 14 yaşındakı ögey qızı, ağ atı ilə qaçan ağ paltarlı bir atlının xəyalini gördüklərini izah etmişlər.

Ağ Burhan olaraq adlandırdıqları bu fiqurun xəyalini, əfsanəvi qurtarıcı Oyrat Xanın geri dönəcəyənin xəbərçisi olaraq qiymətləndirən Çet, yanlarına gələnlərə bu xəbərin müjdəsini verir, Ağ dinin qanunlarını öyrədib nəsihətlər edirdilər.

Çet Çelpen'in təliminə görə, ruslarla birlikdə yemək yemək, onlarla dost olmaq, hətta rus pulu belə qadağan idi. Əgər bu inancın ətrafında birləşsələr, Rus zülmündən xilas olmaq da mümkün olacaqdı. Çet Çelpen bütün vəzlərini çox gözəl bir natiqlik qabiliyyəti olan övladlıq qızı vasitəsilə edirdi. Bu qızı dinləmək üçün minlərlə adam toplanır, zamanla hətta on minlərlə tərəfdarları olurdu.

Rus əsgərləri bir basqın reallaşdırdılar. Çet, arvadı, qızı və irəli gələn iyirmi yoldaşı həbs olundu. Rus hökuməti Altaylı Ağ dincilerin mal və mülklərini talan etdilər. Çet və yoldaşları ağır cəza məhkəməsində mühakimə olundular. Çet Çelpen Biysk həbsxanada ölmüş, və qızı təkrar sərbəst buraxılmış.

Burxan Anlayışı

[redaktə | mənbəni redaktə et]

Tuvalarda bu söz birbaşa Tanrı mənasında monqollara isə yaxşı ruhları təyin etməkdə istifadə edilər. Burqan olaraq da deyilər. Daha sonraları Porxan (Porqan) formalarına də çevrilmişdir. Ayrıca Buddizm və Lamaizm dövrlərində Budanın türkcə qarşılığı olaraq iştirak edər. Buda, Budizmin qurucusudur. Türklərdəki adı Burxan olaraq keçər. Əslində varlıqlı bir şahzadə olduğu halda, həyatında ilk dəfə sarayın bağçasından çölə çıxınca gerçəyi axtarışa başlamış və müqəddəs bir ağacın altında düşüncəyə dalmışdır. Daha sonra 1920-ci illərdə Ağyanq (Ağ Din) adı verilən bir dini hərəkətin adı da Burxancılık olaraq ifadə edilmişdir. Lakin Ağyanqın təməli daha çox köhnə şamanist ənənədir. Burada Burxan, ağ atı ilə qaçan ağ bir adam görünüşündədir. Söz (Bur/Burh) kökündən törəmişdir. Bura (maral) və Bur (yaxşı ruh) sözləriylə kökdən gəlir. Geyik monqollarda və türklərdə müqəddəs sayılan bir heyvandır. Monqolcada işıqlıq mənasını da ehtiva edər.

Ağ Yang içərisində Ağ Burxan, yaşlı, ağ saçlı, ağ saqqallı, ağ paltarlı və ağ atlı bir adam olaraq təsvir edilər. Böyük bir ehtimalla monqolların mifologiyasında əhəmiyyətli bir rol oynuyan yaşlı ağ adam (Tsagan Ebugen) ilə bənzər.

Alimlərin fikirləri

[redaktə | mənbəni redaktə et]

Tarix araşdırmaçısı Andrei Vinogradovun fikrinə görə Ağ din hərəkatı, tarixdəki türk ve monqol birliklərin kiçik qövmləri və ailələri birləşdirərək daha böyük bir birlik meydana gətirmə ənənəsinə bənzəyən xüsusiyyətləri vardır, yəni türk ve monqol birliklərində danılan çöl imperatorluğu qurma ənənəsinin XX əsrə qədər taşınılmış olan qalığı olaraq görülebilinir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]