Korqazak
Korqazak | |
---|---|
başq. Ҡорғаҙаҡ | |
Ölkə | Başqırdıstan |
DSR[rus.] | yoxdur dəyər yoxdur |
Vikianbarda əlaqəli mediafayllar |
Korqazak (başq. Ҡорғаҙаҡ) — mirneral mənbə, bulaq, Yuryuzan çayının sağ qolu. Mənbə Karatau silsiləsindən başlayır. Başqırdıstan Respublikası, Salavat rayonu, «Yanqantau» istirahət düşərgəsindən 3 km cənubda, Komsomol kəndi yaxınlığında yerləşir. Mənbə respublika əhəmiyyətli «Yanqantau» yasaqlığı ərazisindədir (1980). Mənbənin ətarf əraziləri Yanqantau kurortunun 1-ci sanitar zonasına daxil olan şam-ağcaqayın ağacları ilə örtülmüşdür.
Adı
[redaktə | mənbəni redaktə et]Adının mənası başqırd dilində ҡор (ədəbi dildə ҡур) — «güç», «qüvvət» və qədim başqırdca ғаҙаҡ — «çay»[1]. Digər fərziyəyə görə is ҡор (ҡоро) — «quru», «quruyan və qədimbaşqırdca ғаҙаҡ — «çay»[2] anlamını daşıyır
Özəllikləri
[redaktə | mənbəni redaktə et]Debit — 100—125 l/san. Bir neçə güclü qrifon şəklində yüksələn mənbə tektonik zəifləmiş zona boyunca 600-800 metr dərinlikdən yerin səthinə gəlir və əsas ion kompozisiyası "Naftusya" kimi sulara yaxındır. "Hidrokarbonat maqnezium-kalsium" suyuna daxildir. İstənilən vaxt suyunun temperatur sabit qalır (+ 16 ° ± 0,5 °C).
Kimyavi tərkib
[redaktə | mənbəni redaktə et]Alkalin reaksiya — рН 7,3.
Minerallaşma — 0,6 q/l.
HCO3- | 84 — 87 |
Ca2+ | 57 — 60 |
Mg2+ | 34 |
Su hidrokarbonatlı, maqnezium-kalsium, həmçinin aktiv trivalent arsenik turşulu tərkibə sahibdir (3,9 mq/l).
Suyun şəfaverici təsirini bioloji cəhətdən aktiv mikroelementlər və üzvi maddələr artırır: bitumlu maddələr — 1,5—4,5 mq/l, naften turşuları — 0,1 mq/l. Mənbədən birbaşa alınan suda radonun tərkibi — 13,8—17,6.
Terapevtik istifadə üçün göstərişlər
[redaktə | mənbəni redaktə et]- xroniki qastrit
- mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri
- kolit və enterokolit
- qaraciyər və öd yolları xəstəlikləri
- pankeritlər
- maddələr mübadiləsi və d.