Telerejissor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Telerejissor — hər hansısa bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir.[1] O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.[2][3]

  1. "Producers and Directors : Occupational Outlook Handbook: : U.S. Bureau of Labor Statistics". www.bls.gov (ingilis). İstifadə tarixi: 2024-01-12.
  2. "The Television Director". www.mediacollege.com. İstifadə tarixi: 2024-01-12.
  3. ScreenSkills. "Multi-camera director". ScreenSkills (ingilis). İstifadə tarixi: 2024-01-12.