Xankəndi talanları
Xankəndi talanları | |
---|---|
Əsas münaqişə: Dağlıq Qarabağ münaqişəsi | |
| |
Ümumi məlumatlar | |
Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarları | |
Yeri | Xankəndi və Kərkicahan |
Hücumun hədəfi | Xankəndi və Kərkicahan azərbaycanlıları |
Tarix |
|
Hücum metodu | Talanlar, Terror |
Ölü sayı | 2 nəfər |
Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı. Hadisənin baş vermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsi.
1988-ci il 18 sentyabrında ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarların təşkilatçılığı və iştirakı ilə törədilmişdir.[1][2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu.[3] Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar.[4] Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı.[5]
Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. Fevralın 20-də Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı.[6] 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetrildi, çoxlu sayda insan isə yaralandı.[4]
1988-ci il 14 mayda Şuşada azərbaycanlılar 5 min nəfərin iştirak etdiyi mitinq keçirir. Mitinqdə erməni silahlılarının hücumlarına son qoyulması tələb edilir. 1988-ci il 16 mayda ermənilər Xankəndində bir qrup azərbaycanlını döyərək maşına yığır və Şuşaya göndərirlər. 1988-ci il 16 mayda Bakıda Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkətlərinə, Ermənistandan gələn emisarların oradakı fəaliyyətinə son qoyulması tələbləri ilə mitinq keçirilir.[4]
1988-ci il 15 iyunda Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1988-ci il 24 iyunda Arkadi Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağa göndərilir.[4] Ermənilər havadarlarına arxayın olaraq cinayət əməllərininin miqyasını günü-gündən artırmağa başladılar.
Talanlar
[redaktə | mənbəni redaktə et]1988-ci ilin 18 sentyabrı isə tarixə növbəti erməni vəhşiliklərinin günü kimi yazıldı.[7] Həmin gün silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Xankəndi şəhər daxili işlər şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi mayor Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürmüşdülər.[8] Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi. 18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 ev yandırıldı. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olundu.[9]
Azərbaycanlıların daha çox yaşadığı Sabir küçəsində və Lesnoy küçəsində Kərpiçxana adlanan məhlədə isə ermənilər ciddi müqavimətə rast gəldilər. Əli yalın, silahsız azərbaycanlılar bu dəfə öz evlərini qorumağı bacardılar.[10]
Ermənilərin digər bir böyük silahlı qrupu isə Kərkicahana hücum etdilər. Mərdliklə müdafiə olunan kərkicahanlılar bu hücumu dəf edə bildilər. Həmçinin, həmin gün ermənilərin Xocalıya hücumu da dəf olundu.[4][11]
Nəticəsi
[redaktə | mənbəni redaktə et]Bu hadisədən sonra SSRİ rəhbərliyi vəziyyətin məcrasından çıxdığını gördülər. Onlar hadisələr haqqında Moskvada qərar qəbul etdilər.[4] 19 – 21 sentyabr tarixlərində isə hərbçilərin müşayiəti ilə azərbaycanlılar Xankəndindən Şuşaya köçürüldü. Bu proseslə də azərbaycanlıların Xankəndi şəhərindən etnik təmizlənməsi prosesinə başlanıldı. Sentyabrın 21-dən isə Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində Xankəndində komendant saatı tətbiq edildi.[1][2] Gərginlik azalsa da, bu müvəqqəti hal idi. Sonrakı hadisələr də sübut etdi ki, həmin günlər Xankəndində yaranmış nisbi sakitlik şəraitində ermənilər yeni işğalçılıq planları qurublar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 Истоки конфликта // Страна и мир. № № 6. Мюнхен. ноябрь-декабрь 1988. 27—33. ISSN 0178—5036 (#bad_issn).
- ↑ 1 2 "Карабах: хронология конфликта". 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
- ↑ "Kommunist" (Ermənistan KP MK orqanı), 16 iyun 1988-ci il; Нагорный Карабах: Разум победит, стр.84.
- ↑ 1 2 3 4 5 6 Azərbaycan tarixi (PDF) // Respublikanın ictimai-siyasi həyatı (80-ci illərin II yarısı). VII ("CBS-PP" MMC 25000 nüs.). Bakı: Elm. Tahir Qaffarov. 2008. səh. 198. ISBN 978-9952-448-48-1.
- ↑ "Xankəndinin işğal tarixi". 2020-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
- ↑ "1988-ci il, 18 sentyabr, Xankəndi şəhəri…". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
- ↑ "1988-ci il, 18 sentyabr, Xankəndi şəhəri…". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
- ↑ "18 sentyabr: Xankəndlilərin yaddaşından silinməyən gün. Flora QASIMOVA, 525-ci qəzet.- 2011.- 20 sentyabr.- S.5". 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-28.
- ↑ Трагедия длиною в два года, стр.34.
- ↑ События вокруг НКАО в кривом зеркале фальсификаторов. Сборник документов. Баку, 1989, стр.51.
- ↑ "Бакинский рабочий" qəzeti, 20 sentyabr 1988-ci il
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 1988-ci ilin terror hadisələri
- 1988-ci ildəki münaqişələr
- Azərbaycanofobiya
- Azərbaycanda qətliamlar
- Azərbaycan Sovet Sosialist Respublikası
- Ermənistan Sovet Sosialist Respublikası
- Dağlıq Qarabağ Muxtar Vilayəti
- Birinci Qarabağ müharibəsi
- Azərbaycanlılara qarşı törədilən poqromlar
- Şiələrə qarşı zorakılıq
- 1988-ci ildə SSRİ
- 1988-ci ildə Azərbaycan
- 1988-ci ildə Xankəndi