FMG komandası olaraq, “Korporativ ünsiyyət və etika qaydaları” mövzusunda keçirilən təlim sessiyalarımızı uğurla başa çatdırdıq! Bu təlimdə əməkdaşlarımız iş mühitində sağlam və məhsuldar əlaqələr qurmaq üçün vacib ünsiyyət və etik prinsiplərini öyrənərək, öz peşəkar bacarıqlarını inkişaf etdirdilər. Sessiyalarda iştirakçılarımız effektiv ünsiyyət, münasibətlərin idarə olunması və korporativ mədəniyyətin gücləndirilməsi üzrə real iş nümunələri üzərində müzakirələr apardılar. Belə təcrübələrin yalnız fərdi inkişaf üçün deyil, həm də komanda performansımızın artmasına dəyərli töhfələr verəcəyinə inanırıq. Təlimə qatılan bütün əməkdaşlarımıza təşəkkür edirik. Onların bu səyləri sayəsində FMG-də daha güclü və pozitiv iş mühiti formalaşır!
-
+3
Marketing specialist
2ayEmiliya Nuriyeva you are shining 🤩