PASHA Bank OJSC tarafından yayınlanan gönderi

"PAŞA Bank", ADA Universiteti və ADA Universiteti Fondu ilə birgə həyata keçirilən "Empower youth: invest in education" adlı sosial layihəsinin növbəti tədbiri baş tutub. 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbirdə 1 nömrəli ümumi təyinatlı internat və 11 nömrəli İnteqrasiya təlimli internat məktəblərində şagirdlərlə görüş keçirilib. Bu məktəblərdə təhsil alan şagirdlərin yaradıcı potensialını inkişaf etdirmək və onların özlərini daha yaxşı ifadə etmələrinə dəstək olmaq məqsədilə rəssamlar tərəfindən xüsusi təlimlər təşkil edilib. Həmçinin, uşaqlar üçün təhsil almanın və şəxsi inkişafın əhəmiyyəti, pis vərdişlərdən çəkinmək və digər mühüm sosial mövzular üzrə maarifləndirmə tədbirləri təşkil olunub.

Yorumları görmek veya yorum eklemek için oturum açın