Bir Videonun Gücü

Bir Videonun Gücü

Sosial media üzərində demək olar ki, artıq 4 ilə yaxındır ki, həm kontent paylaşır, həm də araşdırmalar edirəm. Təxminən 2021-ci il Sentyabr ayının sonlarına yaxın kontent paylaşdığım sosial media platformaları sırasına TikTok-u da həmçinin əlavə etmək qərarına gəldim. Sonralar isə “Nə üçün mən əvvəllər bu platformada post paylaşmırdım?” deyə öz-özümə deyinməyə başladım.

Əlbəttə ki, bunun arxasında dayanan bir səbəb var idi, o da ki, ətrafımdakı insanların,

“Qaqa, TikTok çox səviyyəsiz platformadı”

deməyi idi.

Platformaya qoşulmamışdan öncə bir az araşdırma edəndən sonra aydın oldu ki, heç də elə deyilmiş. TikTok-da da həmçinin faydalı paylaşımlar edən istifadəçilər və onları izləyən keyfiyyətli auditoriya var imiş.

Şikayətlənən insanlara demək lazım imiş ki,

“Qardaş, sən nəyə daha çox baxırsansa TikTok da qarşına o tip videolar çıxarır. Yəni, problemli olan sənsən əslində.”

Uzun sözün qısası platformadan istifadə etməyimdən cəmi bir neçə ay ötmüşdü ki, qərar verdim ki, keçmişdə yaşadığım kəkələmə problemim və onu necə həll etməyim ilə bağlı bir video paylaşım.

Videonu paylaşandan bir neçə saat sonra gələn reaksiya isə məni şoka saldı.

Video nə az, nə çox 478 min izləmə, 2 min paylaşım (reshare) və 20 min bəyəni qazandı. Bunlar içərisində mənə ən çox təsir edən isə mənimlə eyni problemi yaşayan 300-dən çox insanın yazdığı şərhlər idi.

Videonun linki:

Gələn mesajlar qarşısında isə kədərlənməmək mümkün deyildi:

“Kamal, mən də çox həkimin yanına getmişəm və düzəlməz deyiblər, lakin sənin bu videon mənə ürək-dirək verdi. Utandığımdan nə iş axtara bilirdim, nə də ki, adamlarnan düz əməlli danışa. Sənin videondan sonra anladım ki, artıq mən də bunun öhdəsindən gələ bilərəm.”

Hərçənd bu məqalənin başlığı “Bir videonun gücü” olsa da, düşünürəm ki, bizlər bu və ya bu kimi ilhamlandırıcı və insanları həyata tutunmağa ürəkləndirən videoları yayımlama imkanı yaradan sosial media platformalarına minnətdar olmalıyıq.

Və ən əsası da bir məsələni qəbul etməliyik ki, keyfiyyətsiz platforma yoxdur, keyfiyyətsiz content paylaşan istifadəçilər və onları izləyən keyfiyyətsiz auditoriya var. Sizlər isə keyfiyyətli olanı tapmağa çalışın.

Həm də ki, sosial media platformaları olmasa, həyatımızda keyfiyyətsiz insanmı olmaz?!

Əgər bilsəz sizə nə qədər çoooox hörmətim var😊allah qorusun.mən də sizi tik tok dan nə yaxşı ki tanıdım .Müəllim

Beğen
Yanıtla
Zahmoul El Mays

Attorney At Law at CIVIL COURT CASES

2y

Great

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler