Dünya Birjalarında Dollara Tələb Yenidən Artır

DOLLAR DÜNYA BİRJALARINDA BAHALAŞIR

Avrozona iqtisadiyyatı fonunda qeyri-müəyyənliyin artması dünya birjalarında dollara tələbin artmasına səbəb olub. Nəticədə EURUSD cütlüyü 1.21, GBPUSD cütlüyü isə 1.40 hədlərində ciddi müqavimətlə qarşılaşaraq yenidən ucuzlaşmağa başlayıb. Tendensiyanın davamı üçün bu gün Bakı vaxtı ilə saat 10:00-da açıqlanacaq İngiltərədən inflyasiya göstəriciləri, saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı böyük əhəmiyyət kəsb edir.


EURUSD 1.21 MÜQAVİMƏTİNİ QIRA BİLMƏDİ

Cari ticarət həftəsinə artımlarla başlayan EURUSD cütlüyü 1.21 hədlərində ciddi müqavimətlə qarşılaşaraq yenidən ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən qiymət 1.2020 həddini aşağıya doğru qırırarsa, enişlər 1.1985 və 1.1942 hədlərinə qədər davam edə bilər.

GBPUSD CÜTLÜYÜ 1.40 HƏDLƏRİNİ TEST ETDİ

GBPUSD valyuta cütlüyünə H1-da nəzər yetirdikdə, qiymətin 1.40 hədlərinə qədər bahalaşdıqdan sonra, yenidən ucuzlaşdığını müşahidə edərik. Əgər qiymət 1.3920 həddinin altında möhkəmlənə bilsə, cütlük 1.3880 və 1.3800 səviyyələrinə kimi ucuzlaşa bilər.

QIZILDA KORREKSİYA DALĞASI

1785$ həddində müqavimətlə qarşılaşan qızılda korreksiya dalğası müşahidə edilir. Əgər 1763$ həddi aşağıya doğru qırılarsa, qiymətli metalın 1747$ və 1733$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler