"Fəlsəfi söhbət" layihəsinin növbəti görüşü baş tutub.

Sentyabr ayının 10-da Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyi, “Gənc Psixoloqlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Fəlsəfi söhbət” layihəsinin növbəti görüşü təşkil olunub.

“Emosiyaların ifadəsi”mövzusuna həsr olunan budəfəki görüşün ekspert qonağı isə Dövlət Pantomima Teatrının baş rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə olub.

Qarşılıqlı müzakirə formasında keçirilən görüşdə teatrın yaradılması məqsədi və eləcə də Pantomima teatrının tarixi haqqında, şəxsiyyətin özünüdərk prosesində teatrın rolu, həmçinin, bədən dilinin insanlara verdiyi emosional informasiyaların əhəmiyyəti haqqında müzakirə aparılıb, auditoriyanı maraqlandırılan suallar da qonaq tərəfindən cavablandırılıb.

Eyni zamanda layihədə iştirak etmək hüququ qazanan gənclərdən əlavə, “Açıq qapı” prinsipinə uyğun olaraq görüşdə iştirak etmək istəyən, ancaq layihə iştirakçısı olmayan gənclərə də görüşdə olmaq şansı verilib. Burada isə əsas məqsəd daha çox gəncin belə görüşlərdən yararlanmasını təmin etməkdir.

Xatırladaq ki, “Fəlsəfi söhbət” layihəsi Azərbaycan və dünyada olan elmi, fəlsəfi və psixoloji nəzəriyyələri diskussiya və təlimlər formasında gənclərə çatdırmaq, fəlsəfi biliklərin digər yaradıcı sahələrdə tətbiqinin öyrənilməsi istiqamətində müxtəlif istiqamətli görüşlərin təşkil olunması üçün nəzərdə tutulub.


Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler