Mənim 2005-ci ildəki Lockdown-um

No alt text provided for this image

Mənim 2005-ci ildəki Lockdown-um.

Mən 2005-2006 illərdə bir il müddətinə hərbi xidmətdə olmuşam. Xidmətim bir neçə regionda olub. Xidmətimin ən çətin dövrü Iyul və Avqust aylarında Kürdəmirdə olub, (Hərbi Hava Qüvvələri), temperatur hərdən 47 üzəri olurdu.

Evə döndükdən 1 gün sonra dəftər-kitabları gözdən keçirdim. Kitabları oxuyanda dəhşətə gəldim; 1 ilə ingilis dili biliyim bəlkə də 40% itmişdir. Ümumiyyətlə, istənilən dili istifadə etmədikcə tədricən itməyə başlayır, bir müddətdən sonra isə bu proses daha da sürətli gedir. Ən pisi də budur ki, insan bu prosesi hiss edə bilmir, düşünür ki, hələdə dil bacarığı olduğu kimi qalıb.

Lockdown-Əslində o vaxt mən bu sözün nə olduğunu bilmirdim, amma hərbi xidmətdən öncə Soros fondunda işləyən Mark adlı bir tarixçı Good to Great (Jim Collins) bu kitabı mənə vermişdir, sonra onu Xristian dinini təbliğ etdiyi üçün ölkədən deportasiya etmişdirlər, buna görə də o kitab məndə qalmışdır. Yeri gəlmişkən həmin vaxtlar mən xarici QHT-də könüllü çalışırdım (Soros, USAID, IFES). Ətrafımda olanların əksəri xarici idi, könüllü olaraq ölkədə Bələdiyyə, insan hüquları, seçkilər və bu kimi digər seminarlar və treniqlər keçirirdilər. O kitabda oxumuşdum ki, məqsədə sürətli çatmağın yeganə yolu hədəfə bir başa istiqamətlənməkdir. Yəni, siz hədəfə doğru irəlləməyə başladığınız an sizi hədəfdən yayındırmaq üçün ortadan xeyli lazımsız işlər çıxacaq. Ola bilsin o vaxt mənim üçün bunu eləmək daha asan idi, çünki internetə 56 kb ilə qoşulurdum, sadə Alcatel telefonum var idi, yəni ətrafdan asanlıqla özünü izolyasiya etmək olurdu. Yeri gəlmişkən deyim ki, mən heç zaman hər hansi bir kitabın insana bir başa təsirinə inanmıram, yəni oxuduğunuz kitablar sizə carı durumunuzu əks etdirən vəziyyətlərdən danışırsa və siz bu kitabı oxuyaraq əldə etdiklərinizi tətbiq edirsizsə bu halda siz həmin kitabdan bəhrələnmiş olursuz. Başqa sözlə ifadə etsəm, kitab dərman kimidir, dərman var ki, xəstələnəndə qəbul edirsən, dərman var ki, xəstələnməmək üçün qəbul edirsən. Mən karyeramın ilk vaxtlarında yalnız xəstələnəndə içilməsi məsələsinə üyğun olan kitabları oxuyurdum. Ola bilsin bu kimdəsə əks effekt verər, amma mənim işimdə çox uğurlu olurdu. İndi oxuduğum kitablar isə ikinci misala uyğun olanlardır.

Keçək əsas mətləbə.

6 iyuldan 20 iyula kimi özümü lockdown etdim. 14 gün otaqdan bayıra çıxmadım. Evə qonaq gələndə belə onlarla görüşə çıxmırdım. Günün 15-16 saatını təkrara sərf edirdim. Axşam saat 10-da yatırdım, səhər saat 4-də oyanırdım, bu hərbi rejimdən qalma vərdiş idi. 14 gün sonra imtahan vermək üçün müraciət etdim və imtahandan dərhal sonra növbəti 16 günlük lockdown-a başladım. Cəmi 30 gün bu davam etdi. Artıq nəzəri bilikləri bərpa etmişdim. Həmin dövr mənim üçün çox həll edici oldu. O zaman kitablar elə də asan tapılmırdi, amma əlimdə olan bütün lazımı kitabların hamısını bitirmişdim.

Lockdown-da aşağıda sıraladığım resurslardan istifadə etmişdim,hər halda faydalı olar deyə sizinlə də bölüşürəm:

-Cambridge TOEFL, Camputer Based-i tam anlayaraq bitirmişdim;

-Morphy kimi tanınan kitabların hamısını;

-15.000 söz eytiyatını bərpa;

-Upper int and Advanced Soft skills;

-New Cambridge English (Michael Swan), intermediate və upper levels

-Oxford picture dictionary( half)

-Streamline connection və destination

Post lockdown.

Ən əsas məsələ Lockdown-dan sonra ki vərdişlər idi. 30 gün sonra evdən bayıra çıxdım. Postlockdown mənim üçün çox ağır oldu. Bu psixoloji gərginləşmə ilə əlaqədar idi. Ətrafdakılarla biz az aqressiv danişmağa meyilli idim, dükandan birşey alanda satıcıdan daha tez verməyini xahiş edirdim. Heç yerdə yemək yeyə bilmirdim, qonaq və ya atamın əvəzinə toya gedirdim, aç qayıdıb evdə yemək yeyirdim. Nədənsə hər zaman uzaq olduğum siqaretə meyl etməyə başlamışdım, siqaret çəkməsəmdə bunu çox istəyirdim, buna görə də həmin vaxt apteklərdə anti-nikotin saqqızları var idi, bir müddət ondan istifadə etdim. Gördüyüm hərşeyi almaq,daha çox ünsiyyət və daha çox içtimai yerlərədə olmaq istıyirdim. Bu da əvvəlki rejmimə tərs mütənasib idi. Ona görə rejimi pozmamam uçün yenidə planlar üzərində işlədim. Bunu vuruğlamaqda məqsədim budur ki, 30 gün qapanma nə qədər fayda verdisə, postlockdown period da o qədər təhlükəli oldu.Postlockdown mənə təzə dostlar da qazandırdi, köhnə tanıdıqlarımla artıq az-az əlaqə saxlayırdım.Bunun səbəbi bir az ayır mövzudur, ona görə bu haqda danışmıram.

Həmin vaxtda əldə etiklərim indi mənə inanılmaz gəlir, amma bunu edə bildim. Düşünüər ki, sıxıntıların olması insanı daha da güçlü edir, həmin vaxt maddi qazancım olmasa da elə çox xərcəyəcək yer yox idi. Amma artıq Sentyabrda iş tapmişdim. Yuxarıda qeyd etdiyim ardıcıllıqlar təcrübəmin məhsulu deyildi, sadəcə kitabda yazılanlara əməl edirdim.

İndi öyrənmək və pedoqoji bilikləri inkşaf etdirmək üçün əla şansdır. Məktəblərdə və universitetlərdə işləyən müəllimlər demək olar ki, 6 ay evdən olacaqlar, bu müddət ərzidə əvvəllər edə bilmədiklərini edə bilərlər. Əksər böyük təhsil portalları dərsləri ödənşsiz və ya daha ucuz qiymətə təklif edirlər. İngilis dili müəllimləri üçün CELTA online formatda mümkündür. Bu da sizə evdən çıxmayaraq daha asanlıqla bu sertifikatı əldə etməyə imkan verir. Bir məqamıda vurğulayım ki, heçnə göründüyü kimi çətin olmur. Əsas işə başlamaqdır. Bu pademiya mənim iş və karyera imkanlarıma çox müsbət təsir etdi. Heç uzun illər çalışsam belə bu pandemiyada edə bildiklərimi həyata keçirməm mümkün görünmürdü.

Mənim üçün bir həqiqət var:düzgün və planlı hədəf. Əgər hədəf düzgün qoyulubsa ona çatmama mümkün deyil. Əgər hədəf planlı deyilsə, sürətinizı artırdıqca hədəfdə də uzaqlaşacaqsız. Yəni Sumqayıta getməli olduğunuz halda Qubaya istiqamətlənirsiz, sürəti artırdıqca hədəfdən daha da uzaqlaşacaqsız.

Mən keçən il gələcək müəllimlərin 1-4 kurs arası hansı etaplarla uğurlu bakalavr səviyyəsini başa vurmaları üçün bir video hazırlamışdım. Yenidən onu şərh bölmünə yerləşdirəcəm.

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler