NEBOSH IGC – International General Certificate

NEBOSH IGC – International General Certificate

NEBOSH “IGC – International General Certificate” / “Beynəlxalq Ümumi Sertifikat” kurs proqramına əhəmiyyətli dəyişikliklər edib. Bu dəyişikliklər sənayedə 3000-ə yaxın qabaqcıl mütəxəssis, təşkilat, tələbə, kurs provayderinin dəstəyi ilə həyata keçirilib.

Əsas hansı dəyişikliklər edildi?

Kurs provayder və tələbələrin müraciətləri, fikirləri əsasında NEBOSH İGC kvalifikasiyası bir az da başadüşülməsi daha asan olan, bu kvalifikasiyaya yiyələnməsi daha uyğun olan bir formaya gətirildi. NEBOSH İGC imtahanların sayı 2-ə endirildi. (İG1 və İG2), yazılı imtahandan çox, əsas fikirlər praktiki qiymətləndirməyə yönləndirildi.

Beləliklə:

İG 1 – Yazılı imtahan olaraq sizin nə bildiyinizi yoxlayacaq

İG 2 – Praktiki imtahan olaraq sizin nə edə biləcəyinizi yoxlayacaq

Əvvəlki kurs proqramı ilə hazırlaşanlar yeni kurs proqramına keçməlidirlərmi?

Bunun üçün hər hansı tələb yoxdur. Siz, əvvəlki qaydada kursunuza davam edə bilərsiniz. Yəni, əgər siz İGC1, İGC2 və İG3 imtahanlarının hər hansı birindən və ya ikisindən keçmisinizsə eyni ilə bu qaydada davam edə bilərsiniz. Yox əgər, siz istəyirsiniz ki, yeni kurs proqramı üzrə davam edəsiniz – NEBOSH sizə yalnız XOŞ GƏLMİŞSİNİZ deyə bilər. Kurs provayderə müraciət etməklə sizi müvafiq qaydada yönləndirməsini xahiş edə bilərsiniz.

Hansı tarixə qədər siz köhnə kurs proqramı üzrə kvalifikasiyanızı davam etdirə bilərsiniz?

Əvvəlki 2014 kurs proqramı üzrə imtahanlara qeydiyyat 2022-ci ilin mart imtahanına qədər davam edəcək. Yəni, siz köhnə kurs proqramı üzrə hazırlaşırsınızsa və sizin bu kursu tamamlamağınız üçün qarşınızda 2022-ci ilə kimi vaxtınız var. Lakin, bu halda imtahanlara son qeydiyyat olunma tarixini unutmamalısınız.

NEBOSH İGC kursu bundan sonra 3 mərhələ deyil, 2 mərhələdən ibarət olacaq:

• İG 1 = Sağlamlıq və təhlükəsizliyin idarə edilməsi

• İG 2 = Risklərin qiymətləndirilməsi

Qiymətləndirmə:

• İG 1 = 2 saatlıq yazılı imtahan

• İG 2 = 3 saatlıq praktiki qiymətləndirmə


Unit 1 / İG 1:

1-ci mərhələ 4 elementdən ibarət olacaq. Mövzular aşağıdakı kimidir:

 Biz iş yeri ilə bağlı sağlamlıq və təhlükəsizliyi niyə görə idarə etməliyik

 Sağlamlıq və təhlükəsizlik idarə etmə sistemi nədir və iş prinsipi necədir

 Riskin idarə olunması – insanların və proseslərin başa düşülməsi

 Sağalmlıq və təhlükəsizlik monitorinqi və ölçülməsi

Bu mərhələ üzrə imtahan yazılı olacaq. İmtahan vərəqində 11 sual olacaq. Onlardan biri 20 ballıq, 10-u isə 8 ballı sual olacaq. İmtahan üçün ayrılan vaxt 2 saatdır.

________________________________________________________

Unit 2/ İG2 – Praktiki

2-ci mərhələdə, 7 mövzu üzrə praktiki risklərin qiymətləndirmə olacaq. Tapşırığın yerinə eytirilmə müddəti 3 saatdır. Tapşırıq sizin öz iş yerinizdə və ya digər müvafiq iş yerində keçirilə bilər. Qiymətləndirmə aşağıdakı mövzular üzrə aparılacaqdır:

 Fiziki və psixoloji sağlamlıq

 Əzələ-skelet sağlamlığı

 Kimyəvi və bioloji maddələr

 İş eyri ilə bağlı ümumi məsələlər

 İş avadanlıqları

 Yanğın

 Elektrik

________________________________________________________________________

İstənilən halda narahatlığa əsas yoxdur. Əvvəlki proqram üzrə sertifikatlara sahib olmuş şəxslərin uğurları qüvvədədir. Əvvəlki proqram üzrə hazırlaşmış şəxslər yeni proqram üzrə imtahanlarda iştirak edə bilərlər. Təhsili davam edən şəxslər köhnədən yeni kurs proqramına keçid edə bilərlər. Burada əsas məqam – imtahan sayının, imtahanlara çəkəcəyiniz maliyyə xərcinin və vaxtın azalmasıdır. Hazırlanmış məlumatı HSE.AZ saytına istinad edərək paylaşıram.

Yorumları görmek veya yorum eklemek için oturum açın

Azad Aliyev MEng in Fire Safety, FMP®️ PMP®️ NEBOSH IG adlı yazarın diğer makaleleri

Diğer görüntülenenler