Çelsi FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çelsi FK
Loqonun şəkli
Klubun tam adı Çelsi Futbol Klubu
Ölkə İngiltərə İngiltərə
Ləqəb(lər) The Blues, The Pensioners[1]
Rəng(lər) Mavi -
Yaranma tarixi 10 mart, 1905
Stadionu Stemford Bric
Tutumu 42,449
Prezidenti Todd Bouli
Baş məşqçisi Enso Mareska
Liqa İngiltərə Premyer Liqası
2023/2024 6
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çelsi FK (ing. Chelsea Football Club) — 1905-ci ildə qurulan ingilis futbol klubu. Komanda İngiltərə Premyer Liqasında çıxış edir və ev oyunlarını Stemford Bricdə keçirir. "Çelsi" 6 dəfə ölkə çempionu adına yiyələnib. O cümlədən 2 dəfə UEFA Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.

Klubun cari baş məşqçisi Enso Mareskadır.

"Çelsi"nin 1905-ci ildə yaradılan emblemi bir məmurun və klubun adının kombinasiyasından ibarət idi. Buna görə də klubun ləqəbi The Pensioners (Məmurlar) idi. 1953 ilə qədər bu emblem "Çelsi"nin formasını bəzəmişdir. Ted Dreyk 1952-ci ildə klubun emblemini dəyişdirdi. 1953-cü ilə qədər bu emblem C. F. C. şəklində idi. 1953-cü ildə emblemin ortasında əlində deynək tutmuş mavi şir təsvir olundu. 1986-cı ildə klub rəhbərliyi yenidən klubun emblemini dəyişdirmək qərarına gəlir. Bu emblemdə də şir təsvir edilir, ancaq bu dəfə şir bir qədər daha aydın nəzərə çarpır. Və onun yanında C. F. C hərfləri yazılır. 100-cü ilində klub növbəti dəfə emblemini dəyişdi. Emblemdə bu dəfə də mavi rəngli şir təsvir edildi, ancaq onun yanında "Chelsea Football Club" yazısı yazıldı.

Çelsi Futbol Klubu 1905-ci ildə Londonda, Fulham Road-da yerləşən Stemford Bric stadionunda yaradılıb. Klub İngiltərənin ən uğurlu və məşhur futbol klublarından biridir və geniş azarkeş kütləsinə malikdir. Çelsi klubu tarix boyu bir çox müvəffəqiyyətlər qazanıb və dünya futbolunda öz yerini möhkəmləndirib. İlk illərdə klub müxtəlif uğurlar əldə etdi, lakin 1950-ci illərə qədər böyük müvəffəqiyyətlər qazanmadı. Klubun erkən dövrü əsasən Çempionşipdə keçdi və nadir hallarda yüksəksəviyyəli liqalarda uğur qazandı.

1955-ci ildə Çelsi İngiltərə Birinci Divizionunu qazandı və bu, klubun tarixində ilk böyük müvəffəqiyyəti oldu. Bu dövrdə klubda Ted Drake kimi məşhur oyunçular və menecerlər çalışdı. Bu uğur Çelsinin İngiltərə futbolunda önəmli bir klub olmağa başlamasının əsasını qoydu. 1970-ci illər klub üçün həm uğurlu, həm də çətin illər oldu. 1970-ci ildə Çelsi FA Kubokunu, 1971-ci ildə isə UEFA Kuboklar Kubokunu qazandı. Lakin, maliyyə problemləri və nəticə qıtlığı səbəbindən 1980-ci illərdə klub ağır dövrlər yaşadı. 1990-cı illərin sonlarına doğru, xüsusilə Ruud Gullit və Gianluca Vialli kimi məşhur oyunçuların və menecerlərin iştirakı ilə, klub yenidən güclənməyə başladı. Bu dövrdə Çelsi UEFA Kuboklar Kubokunu (1998), UEFA Super Kubokunu (1998) və FA Kubokunu (1997) qazandı.

2000-ci illər: Roman Abramoviç Erası

[redaktə | vikimətni redaktə et]

2003-cü ildə Rusiyalı milyarder Roman Abramoviç Çelsi klubunu satın aldı. Bu, klubun tarixində yeni bir dövrün başlanğıcı oldu. Abramoviçin maliyyə dəstəyi ilə klub çox sayda ulduz oyunçu və məşqçi transfer etdi. Bu dövrdə klub bir çox uğurlar qazandı:

  • 2005 və 2006-cı illərdə ardıcıl olaraq İngiltərə Premyer Liqasının çempionu oldu.
  • 2012-ci ildə UEFA Çempionlar Liqasını qazandı.
  • 2013 və 2019-cu illərdə UEFA Avropa Liqasını qazandı.
  • 2021-ci ildə yenidən UEFA Çempionlar Liqasını qazandı.

Çelsi futbol klubu bu gün də İngiltərə və dünya futbolunda önəmli yer tutur. Klub müntəzəm olaraq İngiltərə Premyer Liqasında yüksək yerlər uğrunda mübarizə aparır və beynəlxalq turnirlərdə uğur qazanır.

Klubun forması Avropa Liqası Muzeyində
[redaktə | vikimətni redaktə et]

Dünyada bütün futbol klubları öz büdcəsini zənginləşdirmək üçün sponsorlar ilə müqavilə imzalayır. Əvəzində isə qarşı tərəfi dünyaya tanıdır. Klubların reytinqinə və tanınmasına əsasən onun sponsor və partnyorları da daha güclü, varlı bir şirkət olur. Bəzi klub sahibləri var ki, komandasını öz şirkəti sayəsində tanıdır. Misal kimi "Çelsi"ni göstərmək olar. Klubun sahibi olan rusiyalı milyarder Roman Abramoviç neft yataqlarından çıxan qara qızılını bir şirkət adı altında "Zadəganlar"ın əsas reklam özəyi kimi istifadə edir. Abramoviçin komandasının digər əsas sponsorları isə dünyanın ən məşhur idman malları və geyimləri istehsalçısı "Adidas" şirkətidir. Müəsisə Almaniyanın ən böyük sənaye şirkətlərindən biridir. Şirkətin 2008-ci ildəki gəliri rekordları aşmışdır. Özünün ən uğurlu ilini yaşayan "Adidas" nə az, nə çox 10.8 milyard avro qazanmışdır. Şirkətin "Çelsi" ilə müqaviləsi uzunmüddətli imzalanıb. Razılaşmaya əsasən 300 milyon avro qarşılığında "Adidas" şirkəti 10 il ərzində "Çelsi"yə sponsorluq edəcək. Sponsor olaraq komandanın geyimlərini də hazırlayır. Bu razılaşma ötən il baş tutmuşdu. Müqavilədən sonra "Çelsi" İngiltərə Premyer Liqasının ən bahalı sponsor müqaviləsini imzalamış oldu. Komandanın digər sponsoru Cənubi Koreyanın "Samsung" şirkətidir. Dünya bazarında yeni texnologiyaları ilə seçilən "Samsung" londonlular ilə yalnız forma üzərindəki reklama 16 milyon avro xərcləyir. Əlavə olaraq Çempionlar Liqası oyunlarında da bonuslar gəlir. Komandanın digər nəhəng sponsorları "Gazprom", "Delta", "Audi", "EA Sports", "Singa"dır. Digər sponsorlar isə bunlara nisbətən çox da məşhur deyil. Ümumilikdə isə klubun 29 şirkət ilə sponsor müqaviləsi var.

2016/2017

  1. Kepa Arrizabalaga
  2. Emerson Palmieri
  3. Markos Alonso
  4. Sesk Fabreqas
  5. David Luiz
  6. N`qolo Kante
  7. Mateo Kovaçiç
  8. Eden Hazar
  9. Pedro Rodrigez
  10. Roz Bərkli
  11. Caballero
  12. Ruben Loftus-Çek
  13. Viktor Mozes
  14. Alvaro Morata
  15. Olivier Giroud
  16. Villian Dos Santos
  17. Miki Batşuayi
  18. Qari Kehil
  19. Con Terri
  20. Sezar Azpilikueta
  21. Çarli Musonda
  22. Ola Aina
Stemford Bric, London

"Çelsi"nin ev oyunlarını keçirdiyi Stemford Bric stadionu 1899-cu ildə tikilmiş və elə həmin il də istifadəyə verilmişdir. Stadionda ən çox tamaşaçı — 82 905 nəfər 12 noyabr 1935-ci ildə "Arsenal" ilə oyunda olmuşdur.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]