Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan tarafından yayınlanan gönderi

Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi çərçivəsində səyyar vətəndaş qəbullarının keçirilməsi davam etdirilir. Növbəti səyyar qəbul 15 yanvar tarixində Cəlilabad rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Cəlilabad, Masallı, Lerik, Astara, Yardımlı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir. Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir. Qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

  • diagram

Yorumları görmek veya yorum eklemek için oturum açın