14 yanvar 2025-ci il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 68,3 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
Government Administration
The main goal of the Central Bank is to maintain price stability within its authorities set by the Law.
About us
Azərbaycan Respublikasının Mərkəzi Bankı Central Bank of the Republic of Azerbaijan
- Website
-
http://www.cbar.az
External link for Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
- Industry
- Government Administration
- Company size
- 501-1,000 employees
- Headquarters
- Baku
- Type
- Government Agency
- Founded
- 1992
Locations
-
Primary
90 Rashid Behbudov street
Baku, AZ1014, AZ
Employees at Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan
-
Vugar Ahmadov
Executive Director at Central Bank of the Republic of Azerbaijan
-
Seymur Ibadov , PhD
Head of Investment Research and External Managers oversight @ Central Bank of Azerbaijan | Ph.D. in Economics
-
Ali Ahmadov
Deputy Governor at the Central Bank of the Republic of Azerbaijan
-
Azer Alasgarov
Director of Monetary Policy Department at Central Bank of Azerbaijan
Updates
-
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi çərçivəsində səyyar vətəndaş qəbullarının keçirilməsi davam etdirilir. Növbəti səyyar qəbul 15 yanvar tarixində Cəlilabad rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Cəlilabad, Masallı, Lerik, Astara, Yardımlı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir. Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir. Qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.
-
Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirik. Yeni ildə də birliyimizin və həmrəyliyimizin sarsılmaz qalmasını arzulayırıq! #MərkəziBank
-
Mərkəzi Bank ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri arasında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görüş keçirilib. Görüş zamanı Strategiyada nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb. Tədbirdə “Maliyyəyə çıxışın artırılması” fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş hədəf göstəricilərin icrası, görülmüş işlər və qarşıda duran prioritetlər haqqında ətraflı müzakirələr aparılıb. Eyni zamanda, Strategiyada hədəf indikatorları olan bank aktivlərinin və kredit portfelinin artımının iqtisadi inkişafa və maliyyə sektorunun sabitliyinə təsirləri müzakirə edilib. #MərkəziBank
-
Mərkəzi Bankın sədri Taleh Kazımovun iqtisadçı ekspertlərlə növbəti görüşü keçirilib. Cari ilin yekunlarına həsr olunan görüşdə Mərkəzi Bankın makroiqtisadi sabitliyin təmin olunması üzrə fəaliyyəti və maliyyə sektorunun gündəmində olan mühüm məsələlər müzakirə olunub. #MərkəziBank
-
Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejiminə müraciətlərin qəbulu davam edir. Müraciət edərkən hansı məqamlara diqqət yetirmək lazımdır? - Məhsul real rejimdə sınaqdan keçirilmək üçün hazır olmalı və hədəflənən istifadəçi qrupu qeyd edilməlidir - Məhsulun innovativliyi və bazarda mövcud rəqibləri ilə müqayisədə fərqlilikləri dəqiq vurğulanmalıdır - Məhsulun fəaliyyəti çərçivəsində hesablaşma və məlumat mübadiləsinin necə həyata keçirildiyi tam izah edilməlidir - Məhsulun üzləşə biləcəyi əsas risklər və mövcud qanunvericilik çərçivəsində qarşılaşa biləcəyi hüquqi maneələr barədə məlumat verilməlidir - Məhsul üzrə prosesləri idarə edəcək komandanın strukturu və təcrübəsi barədə ətraflı məlumat təqdim olunmalıdır - Məhsulun sınaq müddətində uğurunun ölçülməsi üçün spesifik meyarlar göstərilməlidir. Qeyd edək ki, müraciətlərin qəbulu 15 yanvar 2025-ci il tarixinədək davam edəcək. Müraciətdə istifadə olunan biznes plan nümunəsini yükləmək və müraciəti göndərmək üçün bu səhifəyə daxil ola bilərsiniz: sandbox.cbar.az #MərkəziBank
-
Mәrkәzi Bankın 2025-ci il üçün pul siyasәtinin әsas istiqamәtlәri barәdә Bәyanatı ictimaiyyətə açıqlanıb. Bəyanatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://lnkd.in/e4Tsaq9p #MərkəziBank