Mərkəzi Bank ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri arasında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görüş keçirilib. Görüş zamanı Strategiyada nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb. Tədbirdə “Maliyyəyə çıxışın artırılması” fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş hədəf göstəricilərin icrası, görülmüş işlər və qarşıda duran prioritetlər haqqında ətraflı müzakirələr aparılıb. Eyni zamanda, Strategiyada hədəf indikatorları olan bank aktivlərinin və kredit portfelinin artımının iqtisadi inkişafa və maliyyə sektorunun sabitliyinə təsirləri müzakirə edilib. #MərkəziBank