Şotlandiyada Mühasibat Təhsili

Şotlandiyada Mühasibat Təhsili

Şotlandiyada uçot sahəsində bakalavr və magistr proqramları təklif edən bütün universitetlər, öz təhsil planlarındakı müvafiq bölmələri Şotlandiyanın andlı mühasiblər İnstitutu ilə razılaşdırırlar.


Peşə ilə bağlı təhsilin üç modullu quruluş şəklində təqdim olunur:

1-ci Modul. Mühasibat uçotu, maliyyə və ona müvafiq gələn biliklər

1. Maliyyə uçotu və hesabatlılığı.

2. İdarəetmə uçotu və nəzarət.

3. Vergitutma.

4. Sahibkarlıq fəaliyyətinin hüquqi təminatı.

5. Audit.

6. Maliyyə və maliyyə menecmenti.

7. Peşəkar dəyərlər və etika.


2-ci Modul. Biznesin təşkili və aparılması

1. İqtisaiyyat.

2. Biznes-mühit.

3. Korporasiyanın idarə olunması.

4. Biznes-münasibətlərin etikası.

5. Maliyyə bazarları.

6. Say metodları.

7. Şirkətlərin fəaliyyətinin davranış aspektləri.

8. Menecment sistemində strateji qərarlar.

9. Marketinq.

10. Beynəlxalq biznes və qloballaşma problemləri.


3-cü Modul. İnformasiya texnologiyaları

1. İnformasiya texnologiyalarının əsasları.

2. Peşəkar biliklərin informasiya texnologiyasına nəzarəti.

3. İnformasiya texnologiyaları sahəsində peşəkar bacarıqların idarə olunması.

4. Mühasibat uçotu məlumatlarından istifadə edən mütəxəssislərin səlahiyyətinə nəzarət etmək üçün informasiya texnologiyaları.

5. İnformasiya texnologiyalarının inkişafında fərdi qrupların iştirakı və rolu.


Professional mühasiblərin hazırlanmasında və sertifikatlaşdırılmasında yeni bir ideologiyanın tətbiqi ilə bağlı bir sıra xüsusiyyətləri vurğulamaq lazımdır. Birincisi, təklif olunmuş İFAC standartları 2005-ci il yanvarın 1-dən tətbiq olunub.İkincisi, tədris strukturu vahiddir, yəni həm mühasiblər, həm də auditorlar üçün tətbiq olunur.


Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler