Mühasib olmaq istəyi...
Universitetə hazırlaşarkən heç bir müəllim yanına getməmişdim və məktəbdə müəllim yanına getməyən bir tək mən idim, çünki ailə vəziyyətimiz buna imkan vermirdi, pis vaxtlar idi, hətta abituriyent jurnalını belə ala bilmirdim. Başqa yolum yox idi, hər şeyi özüm öyrənirdim, son aylarda hətta universitetin 1-ci kursunun kitabi olan Ali riyaziyyatin məsələlərinin üzərində çalışırdım. Lakin, 9 ay hazırlaşdıqdan sonra imtahan verdikdə, öz məktəbimizdə ən yüksək balı yiga bilmişdim.
Bəlkə də, imkanimiz olsaydi mən bunlarin heç birini edə bilməyəcəkdim.
Bu giriş hissəsini yazmaqda məqsədim var: Tez-tez "muhasibat kursalarına getməyə pulum yoxdur, odur ki, işə düzələ bilmirəm", "kursu bitirdim lakin az bal yiğdım" və s bu kimi bəhanələrlə qarşılaşıram.
Əziz dostum, sənin qəlbində öyrənmək istəyin hədəflərin olduqdan sonra qarşında istənilən maneə belə acizdir. Ürəyində o yanğı yoxdursa, kursa gedib operatorun gördüyü işi öyrəndikdən sonra 10 il eyni şeyləri görüb 500-600 manat maaş alaraq ömrünü belə davam edəcəksən.
Linkedin-ə baxın, 100-lərlə Azərbaycanlı xarici şirkətlərdə (xarici dövlətlərdə) mühasib, auditor, maliyyəçi kimi çalışırlar, əmək haqlari isə burdaki ən yaxşı qazanan baş mühasibdən belə dəfələrlə çoxdur. Sizcə onlar hazirki muhasibat kurslarina getməklə bu uguru əldə ediblər?
Mühasibatı (bəyannamə verilməsini, qaimə göndərməyi deyil) yeni öyrənənlərə və ya öyrənməyə başlamaq istəyənlərə bir tövsiyyəm var. İlk növbədə orta səviyədə olsa ingilis dilini öyrənin. Ondan sonra bir çox media vasitələr var ki, siz mühasibatın nəzəri hissəsini çox yaxşı öyrənə bilərsiz. Məsələn, Coursera.org saytında ödənişsiz alacaginiz İntroduction to Financial Accounting kursunun verəcəyi faydanı Azərbaycanda bəlkə də, heç bir kursda ala bilməyəcəksiz.
Bu sözləri, son günlərdə işə qəbulla baglı görüşdüyüm 100-dən çox namizədi müşahidə etdikdən sonra yazdım və bu yazının kədərli də olsa davamı olacaq...