Aləmləri rənqləmək üçün boz fırça

Aləmləri rənqləmək üçün boz fırça

Atatürklə bağlı edilən rəvayətlərdən birində avropalı jurnalistin “Müharibəni necə qazandınız?” sualına verdiyi cavab “Telqrafın telləri ilə” olmuşdu. Bu əlbətdəki müharibə dövründə kommunikasiyanın əhəmiyyətini göstərir. “PR Gizli Telegraf Merkezi” təşkilatlanmış və İhsan Perenin rəhbərlyi ilə işğal altındakı imperiya paytaxtı İstanul şəhərindən fəaliyyətə başlamışdı. Mərkəzin adındakı PR məhz Payitaht Riyaseti ifadəsnini akronimi hesab olunur. Həmin dövrün hərbi-siyasi konyunkturasına qısa nəzər salsaq bu gedişin nə dərəcədə əhəmiyyətli olduğunu daha yaxşı başa düşmüş olacağıq. Əgər bu abzas artıq maraqsızdırsa davamnını oxumamanızı xahiş edirəm.

Radio Rebelde (Üsyan Radiosu) Kuba inqilabında danılmaz rola sahibdir. Fidel Kastronun rəhbərlik etdiyi 26 İyun Hərəkatının səsi rolunu oynayıb. Müxtəlif üsyançı dəstələrin vahid mərkəzdən idarə edilməsi və əhalinin məlumatlarndırılması üçün istifadə edilib. Ernesto Che Gevaranın rəhbərlik etdiyi bu radio vasitəsilə geniş kütlələri üsyan və bu kimi müxtəlif kütləvi itaətsizliyə səsləyir, eləcə də Batista hökümətinin məlumatlarını diskretitasiya edirdirlər. Kuba inqilabı barədə Fidel tərəfdarlarının Havana hökümətini təhvil aldıqlarında sayının ölkə üzrə 10 000 belə olmadığı halda təsüratlar tamam başqa rəqəmlər üzərində idi.

Radio Free Europe/Radio Liberty (RFE/RL və ya “Azadlıq” radiosu ABŞ konqresi tərəfindən maliyyələşdirilən təşkilatdır və  “Soyuq Müharibə” dövründə Anti-Sovet təbliğatında xüsusi rol oynayıb.

Voice of America (VOA or VoA) və ya “Amerikanın Səsi” radiosu 1942-ci ildən Gebbels propaqandasına qarşı yayım aparmaq məqsədilə yaradılıb və ABŞ dövlətinin ən böyük beynəlxlaq şəbəkə və formata sahib yayım strukturudur. Sonrakı dövrlərdə bu təşkilat da Soyuq Müharibə dövrdə yeni istiqamətdə öz fəaliyyətini davam etdirib. Məmməd Əmin Rəsulzadənin “Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə ” ifadəsi məhz 1953-cü ildə Sovet Azərbaycanın dinləyiciləri üçün səsləndirilib.

İnternet şəbəkəsinin genişlənməsi və sosial şəbəkələrin imkanları “Ərəb Baharı”ndan sonra bütün dünyada daha ciddiyə alınmağa başladı. Bəzi ölkələr Şimali Koreya kimi tam və ya Türkmənistan kimi qısmən qadağalar qoymaqla ictimai abu-havanı nəzarətdə saxlaya bilirlər. Çin kimi ölkələr isə öz internet “univers”lərini yarada bilirlər. Yayım platformaları müxtəlif qanunların və qaydaların tətbiqi ilə rəsmi qurumlar tərəfindən sevilmədikləri ərazidə olmaq üçün mümkün güzəştlərə getməli olurlar. Bunlar olmadıqda isə istifadə məhdudiyyəti ilə üz-üzə qalırlar. Məsələn, çox yaxın gələcəkdə öz “internet universi”ni yarada biləcək növbəti ölkə Rusiyadır. Ukrayna ilə müharibə fonunda qlobal sosial şəbəkələrin alternativlərini intentiv formada tətbiq edir.

Klassik media vasitələrinin “sərhədləri aşması”nın qarşıının alınması hər zaman aktuallıq təşkil edib. Dövlətlər qonşu dövlətlərin radio və tv stansiyalarının yayınlarını məhdudlaşdırmaq üçün müxtəlif texniki vasitələrdən davamlı istifadə ediblər. Bu gün də bu davam etməkdədir. Bu vasitələrin effektivliyi isə coğrafi və texniki üstünlüklə bağlıdır.

Amma dünya çox dəyişib....

Dünyada ictimai fikrə təsir edən əsas propaqnada rəngi çoxdan bozdur. Bu gün boz olmamağın effektiv olmadığı bəllidir. Boz olmaq isə hər gün daha çətindir ama çarəsiz deyil.

Ardı var  .....

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler