Almaniya yoxsa Azərbaycan?

Dünən Berlində Azərbaycanlı dostlarla görüşdə bu debat mövsuzu idi. Qrup iki cəbhəyə ayrılmışdı. Bir tərəfdən Almaniyadakı bürokratiyanın çətinliyi, digər tərəfdən Azərbaycandakı həyatın stressli olması. Əslində bu sualı Almaniyaya gəlmiş və uzun müddət burada yaşamış birisi niyə verir ki? O məgər uzun illər əvvəl buraya gələrkən artıq o suala cavab tapmayıbmı?

Azərbaycan lehinə arqumentlərdən biri orada İT sahəsində çalışan birinin az-çox özünə müəyyən qədər şərait qura bilməsidir və görünən budur ki, orada bunu etmək daha rahatdır. Məsələn, Berlində 60-70 m2 ev 300-400 min avro civarındadır. Aldığın net maaş isə elə Azərbaycandan çox böyük miqdarda da fərqlənmir. Sual da burda yaranır ki, niyə qazandığım qəpik quruşu burada köhnə tikilmiş bir binaya ipotekaya verim? Azərbaycanda bu qədər pula böyük bir villa almaq olar. Digər tərəfdən Almaniyada adi bir sənədi dəyişmək və ya almaq çox çətin prosesdir. Belə şeyləri Azərbaycanda bir gün ərzində asanlıqla edirsən. 

Uzun sözün qısası, Azərbaycan lehinə olan arqumentlər: 

  • Bürokratiyanın asanlığı 
  • IT sahəsində remote iş imkanlarının olmağı və şərait qurmağın nisbətən asanlığı 
  • Dadlı yeməklər və meyvələr 
  • Doğmalıq 
  • Qışda havanın az depressiv olması
  • Vergilərin aşağı olması


Azərbaycan əleyhinə olan arqumentlər: 

  • Ekosistemin zəifliyi, öyrənməyin daha çətin olmağı 
  • Stressli həyat
  • Daha çox ədalətsizliklə üzləşmək 
  • Toksik iş mühiti


Almaniya lehinə arqumentlər: 

  • Daha az stressli həyat 
  • Qanun-qaydanın daha yaxşı işləməsi. Məsələn, heç kim Bakıda maşın sürmək üçün darıxmayıb. 
  • İş və karyera imkanlarının çoxluğu
  • Sosyal dövlət


Almaniya əlehinə arqumentlər: 

  • Bürokratiyanın çoxluğu və bezdiriciliyi
  • Ev problemi - həm ev almaq çətindir, həm də kirayə tapmaq 
  • Xırda məsələlərin daha çətin başa gəlməsi. Məsələn, kirayə qaldığın bir yerdə nəsə xarab oldusa, bunu təmir elətdirmək aylar çəkə bilir
  • Vergilərin yüksək olması
  • Bəzən almanlar tərəfindən yad münasibət
  • Almaniya əhalisinin sürətlə qocalmağı və bunun gələcəkdə yarada biləcəyi problemlər

Bəs siz necə fikirləşirsiz? Almaniya yoxsa Azərbaycan?

Rashid Aliyev

Innovator, ex. Big-4, Lifelong Entrepreneur, People's Choice awardee

1y
Beğen
Yanıtla
Huseyn Gasimov

Founder of Intelec AI - Developer of Automated Visual Inspection Systems

1y

Əslində Azərbaycanda (Bakıda) yaxşı işin və maaşın varsa həyatın niyə stressli olsun ki? Azərbaycanda işçidən məhsuldarlıq (productivity) gözləntiləri də Almaniyadan daha aşağıdır.

Adil Aliyev

👨💻 Software Engineer

1y

Məncə toksik iş mühiti bəndini çıxarmaq lazımdır. O element şirkətdən asılı olan şeydir. Mənim çalışdığım yerlərdə toksik mühit görməmişəm. İlk toksik mühiti kanadada amazonda görmüşəm.

Bizə elə gəlir ki, orda hamınız "pasledni çeşka" sürürsünüz😄

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler