Azadlıq.

Azadlıq.

Hislərimizin köləsi olduqdan sonra hansı azadlıqdan danışa bilərik? İllərdir bizə istədiyimiz hər şeyi etmək azadlıqmış kimi tanıdılıb, amma azadlıq istədiklərimiz arasında seçim edib ən doğru və mənalı olanı müəyyənləşdirmək, qısası seçim edə bilməkdir. Təbii ki, nəyin mənalı və doğru olduğu qərar sahibinə görə dəyişir.

Bu əsr boşu-boşuna informasiya əsri adlandırılmayıb. Saysız mənbəədən təsirlərə məruz qalırıq və bütün bu olanların arasında öz kimliyini doğru şəkildə formalaşdırmaq daha da çətinləşir. Keçmişdə ölkəyə qarşı olunan soyğunlar və hücumlar əsas təhlükə mənbəyi idisə indi bu media vasitəsilə fərdi formaya keçib. Yəni xəbərlər və kənardan daxil olan bütün informasiyalar bir növ bizə qarşı başladılan hücumlardır. Qərarlarımızı düşünərək qəbul etdiyimizi düşünsək də bunu öz qərarlarımız yoxsa ətrafdan bizə diktə edilənlər əsasında olduğunu ayırd edə bilmirik. Ətraf təsirlərdən qorunmaq üçün toplum psixologiyasından çıxıb fərdi düşünməyə başlamalı, araşdırmalı və sorğulamalıyıq. Keçmişimizi, hansı milliyyətə mənsub olduğumuzu və ən əsası qarşımızdakının kim olduğunu yaxşı bilməliyik. Burda işimizi daha da çətinləşdirən qarşımızda fiziki bir düşmənin olmamasıdır. Nə ilə qarşı-qarşıya olduğumuz haqda çoxları heç bir fikrə sahib deyil. Bu yerdə üzərimizə düşən ən önəmli vəzifə fərdi analiz və düşüncəni formalaşdırmaq və daha çox məlumatlı olmaqdır. Amma işimiz bununla da bitmir. Oxumaq və öyrənmək gözəldir, lakin təfəkkür olmadan bütün bunlar informasiya toplusu olaraq qalacaq. Beynimiz qərar qəbul edərkən informasiyalardan deyil, fikirlərimizdən və ən önəmlisi o fikirlərin bizdə yaratdığı hislərdən istifadə edir. Yuxarıda yazılanların hamısına bir daha nəzər salmağı və gündəlik olaraq daha çox düşünməyi sənə tövsiyyə edirəm. Düşünmək əsl azadlığa aparan yoldur.  

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler