CƏMİYYƏTİMİZİN VƏZİYYƏTİ və ÇIXIŞ YOLU

CƏMİYYƏTİMİZİN VƏZİYYƏTİ və ÇIXIŞ YOLU

Fərqli peşə sahiblərinin öz işlərində və onlara müraciət edən insanlara qarşı məsuliyyətsizliyinin daim şahidi oluruq : ustalar, məmurlar, həkimlər, vs.

Gün ərzində şəhərdə dəfələrlə şahidi olduğumuz hallar var : kimisi avtomobilni ikinci cərgədə saxlayıb gedir, digəri növbə gözləmədən digərlərini əzərək önə keçir.

İş yerlərində və özəl həyatımızda bir çox hallarda insanların özündən vəzifə və status olaraq zəyifi əzmə halları bizləri artıq təəccübləndirmir.

Pul, gəlir, maaş uğrunda qlamur ortamlarda insanların biri biri ilə apardığı mübarizə, insanların biri birilərinə qurduğu tələlər və şərəfsizcə tikilən torbalar, karyera və peşələrdə baş verən vəhşi mübarizənin qədim dünyadakı döyüşlərdən tək fərqi insanlarda fiziki ara yerinə dərin psixoloji yaralar vurmasıdır.

Uğurun pul və status ilə ölçülməsi insanları səhv istiqamətləndirməklə bərabər gəlir, vəzifə və uğurlu görünmək üçün lazım olan aksessuarlara görə şərəf və ləyaqətini ortaya qoyması.

Qapını döymədən otağa daxil olma. Tanımadığı insana “sən”li müraciət. ictimai yerdə tualetdə olarkən yaşlı-başlı insanın tualetin qapısının bağlamaması. Edilən yaxşılıq qarşılığında sadə təşəkkür edilməsi.

NƏDİR bunların səbəbləri və çözümü?

Düşünürəm ki, hər şey hər zaman olduğu kimi olduqca sadədir.

Bilik? Bu gün cəmiyyətimizdə problem bilik əksikliyi, çatışmzlığı ya da biliksizlik deyil. Pul almaq üçün bizi aldadan dövlət məmuru, xəstələrə lazımsız analiz yazan həkim, yalandan ehtiyat hissəsini avtomobilə yerləşdirdiyini deyən usta – bunların hamısı biliklidir. Mövzu bilik deyil – mövzu biliyi olan insanların dəyərləri və niyyətləridir.

Mən. Mən. Mən. Ancaq mən. Mənə rahat olsun. Mənim işim getsin. Mən işimi aşırdım. Məhz bu eqoistik fikrə görə yol kənarında buraxılan avtomobillər, sən yolda gedərkən önünə özünü dürtən tərbiyəsizlər, marketdə növbə gözləmədən özünü irəli salan kobudları görürük.

Tərbiyə. İnsanlarda tərbiyənin ən primitiv forması belə yoxdur. Baxırsan ki, adam ən bahalı təhsili alıb, amma 6 yaşlı uşağın tərbiyəsi yoxdur. 40 yaşlı insan otağa daxil olarkən qapını döymür. İnsana dəstək olursan – təşəkkür belə etmir.

Güc mövqeyi. Müzakirə etməyi bacarmırıq. Qarşı tərəfi dinləmək, empati qurmaq, qarşı tərəfin arqumentlərini anlamağa çalışmaq yoxdur. Əzmək var. İş yerində rəhbər əməkdaşlarını əzir və özü bir üst rəhbəri tərəfindən əzilir. Ailə həyatında da eyni. Etiraz edir? Boşanmaq istəyir? Kəs başını. Kişi kimi kəs başını. Gəncədə bir kişi həyat yoldaşını stula bağlayıb, gözlərini bıçaqla çıxarmışdı. Xəbərin altında “gör qadın kişini hansı həddə çatdırıb ki, bunu edib” sözləri yazanların çoxluğunu görəndə düşündüm ki, bu vəhşiliyə haqq qazandıranlarla eyni havanı uduruq. Yəni... daim təhlükədəyik.

Zəhmətə, biliyə hörmət yoxdur – pul və statusa var. Məhz buna görə də zəhmətkeş və ömrünü təhsilə həsr etmiş müəllim fahişədən pis yaşayır.

İllərdir diqqətimi çəkən bir sualın cavabını tapa bilmirdim : niyə axı Azərbaycanlı işadamları manıs tayfası və fahişələrə bahalı avtomobil və hədiyyələr verir, amma bir nəfər də bir alimə bunu etməyib? Sonra anladım. Anladım ki, axı o hədiyyəni edən biliyi ilə uğurlu olmayıb axı – və buna görə də biliyə dəyər verə bilməz. Nəinki verə bilməz – onun beynində o xana yoxdur. Oğru məmur işadamı olur, mal-mülk sahiblənir – amma beynində biliyə hörmət yoxdur. Ola bilməz də.

Cəmiyyətin qəhrəmanlarına baxın. Tiktoker. Söyüş söyən bloqer. Yalandan uğurları haqda şişirdilmiş məlumat yazanlar. Bir nəfər işadamı yoxdur ki, gənclərimiz ona baxıb desinlər ki, mən də onun kimi olmaq istəyirəm. Olan əsl işadamları da zəhmətdən danışanda səsini kəsirlər : nə? Uzun yol? Zəhmət? aaaa, bu avamdır ki.... Elə tiktoker olaram da...

Sözlərin ağırlığı qalmayıb. Öncə yerin dibinə müqəddəs “müəllim” sözünü soxduq. Fərqli üsullarla – xalqın haqqına girən bir şərəfsizə müəllim müraciət etməkdən tutmuş seçkilərdəki iyrəncliklərə qədər. Sonra da başlandı söz ovu. Hərkəs özünə ad verməyə başladı. Primadonnadan tutmuş bir xarici dil belə bilməyən insanın özünə beynəlxalq təlimçi deməsinə qədər.

Zəhmətə hörmət etmirik və buna görə də bu gün 20-30-40-50 yaşlı insanların ciddi hissəsi 3 peşə arxasınca qaçır : proqrammist, interyer dizayner olmaq və psixoloq olmaq. Həm də tez. Çünki pul tez gəlməlidir. Və təbii ki, bir ölkədə qısa yolla, zəhmət çəkmədən pul qazanmaq istəyənlər varsa, onlara o vəədi verən dələduzlar da peyda olur. 3 günlük kursdan sonra ömründə ciddi təhsil almamış və kitab oxumamış insanların psixoloq olması bu gün cəmiyyətimizdə daim qarşılaşdığımız bir haldır.

ÇIXIŞ YOLU nədir?

Cəmiyyətə doğru dəyərlərin aşılanması : zəhmətə, şəxsiyyətə hörmət, uğurun pul ilə ölçülməməsi, doğru qəhrəmanlarımızın formalaşdırılması.

Çox sadə görünsə də, olduqca mürəkkəb, ağır və uzun müddətli bir prosesdir.

Bu zəhmətə, uzun yola cəmiyyət olaraq hazırıq mı?

 

Elnur Yusifov

Senior Pipeline Engineer at bp

5ay

"Bir ülkede namuslular namussuzlar kadar cesur olmadıkça o ülkede kurtuluş yoktur".

Yorumları görmek veya yorum eklemek için oturum açın

Fahri Agayev adlı yazarın diğer makaleleri

  • KÖNÜLLÜLÜK haqda düşüncələrim

    KÖNÜLLÜLÜK haqda düşüncələrim

    Dəyərli dostum Shahbaz Xuduoglu bəyin Beynəlxalq Kitab Sərgisi üçün könüllülük çağrışına olan fərqli reaksiyaları…

  • Yeni HƏFTƏ

    Yeni HƏFTƏ

    Tanıdığım fərqli sahələrdən bütün uğurlu insanlar birləşdirən xüsusiyyətlərdən biri də DİSİPLİNDİR. Dəmir kimi disiplin.

  • 50 manat cəza!

    50 manat cəza!

    50 manat cəza! – qışqırdı kameraya baxan Rüfət və dərhal şirkətin insan resursları rəhbərinə daxili telefonla zəng…

    2 Yorum
  • AZADLIQ

    AZADLIQ

    Uşaq deyilsən. Yekə kişisən.

    6 Yorum
  • 50 yaşım oldu. Nələr anladım?

    50 yaşım oldu. Nələr anladım?

    Bir neçə gün öncə ad günü idi - 50 yaşım oldu..

    31 Yorum
  • ПРОГРАММА ИНДИВИДУАЛЬНОГО МЕНТОРСТВА

    ПРОГРАММА ИНДИВИДУАЛЬНОГО МЕНТОРСТВА

    ПРОГРАММА ИНДИВИДУАЛЬНОГО НАСТАВНИЧЕСТВА ДЛЯ ЛИЧНОГО И ПРОФЕССИОНАЛЬНОГО РАЗВИТИЯ Вместе к лучшей версии себя:…

    9 Yorum
  • Yeni HƏFTƏ. Yaşımız və ruhumuz.

    Yeni HƏFTƏ. Yaşımız və ruhumuz.

    Pasporta görə 49 yaşım olub. Amma özümü enerji, gələcək məqsədlər, biliyə və öyrənməyə olan böyük həvəsim və ən əsası –…

  • VALİDEYİN DİKTATURASI

    VALİDEYİN DİKTATURASI

    Rövşən. 52 yaş.

    2 Yorum
  • Fairness and objectivity. RESEARCH

    Fairness and objectivity. RESEARCH

    Few day ago I came across a research by Gartner Gartner HR Research Reveals 82% of Employees Report Working Environment…

    1 Yorum
  • ƏYRİLƏR İÇİNDƏ DOĞRULUĞUN ƏYRİ GÖRÜNMƏSİ

    ƏYRİLƏR İÇİNDƏ DOĞRULUĞUN ƏYRİ GÖRÜNMƏSİ

    Rasim ofisə yaxınlaşanda avtomobilini park edərkən nifrətlə parkovşkə baxdı. Eyni hisslərlə dolu baxışla parkovşik də…

    1 Yorum

Diğer görüntülenenler