Dünya iqtisadiyyatında hazırki vəziyyətdə ikinci vacib amil
Bildiyimiz kimi, dünya üzrə, əsasən də inkşaf etmiş iqtisadiyyatlarda tənzimləyici orqanların (FED timsalında) yüksək inflyasiya founda apardığı sərt monetar siyasət höküm sürür. Bariz nümunə FED-in faiz artımları, AMB-in istiqraz alış proqramının dayandırılması və digər Avropa ölkələrinin mərkəzi banklarının sərt siyasətidir. Dünya iqtisadiyyatında sərbəst vəsaitin azalması, eyni zamanda xərclərində azalmasına səbəb olur ki, buda öz növbəsində tənəzzülə, digər adı ilə ressesiyaya gətirib çıxarda bilər. Monetar siyasətin sərtləşdirilməsinin hazırki vəziyyətdə əsas indiqatoru inflasiya göstəriciləridirsə, ressesiyanın indiqatoru kimi isə əmək bazarındaki göstəriciləri rəhbər tutmaq olar.
Beləliklə, bütün diqqətlər 1-nömrəli iqtisadiyyata yönəlib, ABŞ-a. Son 4 həftədir ki, işsizliyə görə müavianət almaq üçün müraciət edənlərin sayı proqnoz olunandan çoxdur. "Tesla"-nın timsalında böyük koorporasiyaların yeni işçi cəlb olunmasının dayandırmaları, hətta bəzi hallarda artıq yeni cəlb olunan işçilərin işdən azad olunmaları, əmək bazarındaki situatsiyanın o qədərdə ürək açan olmadığına işarə edir. İyun ayı üçün qeyri-kənd təsərüfatı sektorunda işə cəlb olunanların sayının (NFP) may ayına nisbətən azalacağı və 390 min yerinə 240 min təşkil edəcəyi proqnozlaşdırılır.
Maliyyə bazarlarında artıq ilk simptomlar var. Beləki "S&P 500" indeksi 3945 səviyyəsini gördükdən sonra yenidən geriləyərək 3736 həddini test etdi. İkinci bariz nümunə, Rusiya kimi vacib enerji bazarı iştrakçısı və təhcizatçısı ilə yaranan vəziyyətə baxmayaraq, neft qiymətlərinin kəskin eniş nümayiş etdirməsidir. Artıq qara qızılın "Brent" markasının spot qiyməti ötən həftənin maksimumlarına nisbətən 19% ucuzlaşaraq 100$-lıq dəsdək səviyyələrini test etmişdir.
FED-in son iclasının bu həftə açıqlanan press-relizində gördüyümüz kimi, iqtisadiyyatın zəifləmə göstəricilərinə və fond bazarlarındakı enişlərə rəğmən, prioritet qiymət stabilliyi olacaqdır. Buna görə ödəniləcək bədəl ressesiya olsa belə.