Rusiyay qarşı AB sanksiyaları: Alman iqtisadiyatına təsiri
Almaniya iqtisadiyyatı Avropa Birliyinin Rusiyaya tədbiq etdiyi sanksiyalar nəticəsində zərər görür. Bu nəticəyə Münhen İqtisad İnstitutu 862 sənayə şirkəti arasında apardığı sorğu nəticəsində gəlib. Aparılan araşdərma zamanı məlub olub ki, sanksiyalar nəticəsində Russiya bazarına daxil olmanın çətinləşməsinə görə əsasən avtomobil sənayəsi, kimya sənayəsi, texniki avadanlıq istehsal edən sektor və loqistika sektoru zərbəni öz üzərinə götürüb.
İnstitutun ekspertlərinin fikirinə görə başlıca olaraq Federativ Respublikanın şərq torpaqlarında yerləşən müəssələr yaranmış situassiyadan narazıdırlar. Sorğuda iştirak edənlərin yarıdan çoxu Rusiyaya qarşı tədbiq olunan AB sanksiyalarının ləğv olunmasının tərəfdarıdırlar. Lakin Alman istehsalçılar "Şimal Axını-2" adlandırılan Rusiyadan gələn qaz kəmərinə qarşı birmənalı tutum sərgiləmirlər. Respondetlərin 48 % ümumiyyətlə qaz xətdi proyektinin bağlanmasına tərəfdardılar.
Bu arada yanvar ayının 20-si AFP və Der Spiegel kimi mətbuat nəhəngləri Avropa parlamentinin "Şimal Axını-2" proyektinə qarşı yeni qətnamə hazırlığı içində olduğunu bildirib. Qəbul olunacağı təqdirdə, bu nəhəng lahiyyənin birdəfəlik sonlandırılmasına gətirib çıxarda bilər. Nəzərə alsaq ki Rusiyaya valyuta daxil olması baxımında enerji sektoru başlıca rol oynayır, rubul qeyd olunan addımlar nəticəsində əsas valyutalar qarşısında dəyər itirə bilər.