Keyfiyyətli Backlink Nədir?

Keyfiyyətli Backlink Nədir?

Hər bir SEO backlinklərin saytlar üçün əhəmiyyətini bilir. Lakin doğru bir şəkildə və doğru yerdə verilməyən backlinklərin sayta zərəri xeyrindən daha çox ola bilər! Bu səbəbdən bütün backlinkləri keyfiyyətli saymaq doğru deyil. Bəs o zaman, keyfiyyətli backlink nədir?

Bu suala keçmədən öncə ümumiyyətlə "backlink nədir?" sualını cavablandırmaq istəyirəm.

Backlink bir saytdan başqa sayta yönləndirilən xarici bağlantılar, linklərdir. Bir saytın başqa bir sayta backlink verməsi axtarış sistemləri tərəfindən müsbət bir haldır. Əgər bir sayt sizin saytınıza backlink veribsə, Google həmin saytın sizin saytınıza güvəndiyini düşünərək sizin saytınızın trafikini və gücünü artırmağa başlayır.

Yuxarıda da vurğuladığım kimi, hər backlink keyfiyyətli deyil. Bunun üçün Google backlinkin keyfiyyətini müəyyən edərkən bir neçə faktoru diqqətə alır. Bunlardan ilki isə uyğunluqdur.

1) Uyğunluq

Uyğunluq backlinkin keyfiyyəti üçün ən vacib faktordur. Google alqoritmi verilən backlinkin mənalı olduğunu, səhifəyə dəyər qatdığını və həmin səhifə ilə əlaqəli olduğunu bu sayədə anlayır. Əgər saytınıza saytınızın mövzusu ilə əlaqəli olmayan backlinklər gəlirsə, bu sizin saytınız üçün son dərəcə mənfi haldır. Google bu növ backlinkləri spam backlink olaraq qeydə alır və saytınızın trafikini birbaşa olaraq aşağı düşürür.

2) Etibarlılıq 

Göndərilən backlinklərin keyfiyyəti backlink verən saytın etibarlı və güclü (authority) bir sayt olması ilə yaxın əlaqəlidir. Etibarlı və güclü saytlardan gələn backlinklər saytın trafiki ilə yanaşı gücünə də müsbət təsir edir.

3) Backlink Sayı

Bir sayta gələn keyfiyyətli backlink sayı nə qədər çoxdursa, həmin saytın trafiki və gücü də bir o qədər çox olacaq. 

4) Yerində İşlədilən Backlinklər

Backlinklərin doğru yerdə və doğru zamanda verilməsi backlink keyfiyyəti üçün olduqca vacibdir. Əgər saytınızdaki bir səhifəyə həmin səhifə ilə heç əlaqəsi olmayan bir yerdən backlink gəlibsə Google bu backlinki qeyri-təbii backlink və bu hal sizin saytınıza mənfi təsir edəcək.

5) Doğru "Anchor Text" İstifadəsi

"Anchor text"lər səhifənizdə yer alan mətnin içərisində sizi bir səhifədən digər səhifəyə götürən mətnlərdir. Backlink verdiyiniz zaman və ya sizə backlink verildiyi zaman verilən backlinkin hansı "anchor text" üzərindən sizə göndərildiyini bilmək çox vacibdir. Misal olaraq, "kofe maşınları" "anchor text" ilə sizin saytınızda yer alan "ucuz kofe maşınları" kontentinə göndərilən backlink Google üçün faydalı və uğurlu backlinkdir.

Son olaraq, Google daimi olaraq öz alqoritmlərini inkişaf etdirdiyi üçün keyfiyyətsiz backlinkləri tapmaq günü-gündən asanlaşır. Bu səbəbdən backlink əldə etməyə çalışarkən doğru yerdən və doğru şəkildə backlink əldə etməyə xüsusi diqqət yetirməlisiniz.

Yorumları görmek veya yorum eklemek için oturum açın

Diğer görüntülenenler