Amritsar
Amritsar – Hindistanın şimal-qərbində, Hindistanın Pəncab ştatında ən böyük şəhər
Amritsar | |
---|---|
ਅੰਮ੍ਰਿਤਸਰ अमृतसर | |
31°37′36″ şm. e. 74°52′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1574 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 234 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 183 |
Poçt indeksi | 143001 |
Nəqliyyat kodu | PB02 |
Digər | |
amritsarcorp.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAmritsar 19-cu əsrdə Rancit Sinqh dövlətinin tərkibinə daxil idi. 1849-cu ildə 2-ci ingilis–siqh müharibəsi zamanı Amritsar İngiltərənin Ost-Hind şirkəti tərəfindən işğal olunmuş, Milli azadlıq mübarizəsinin (1918–22) genişləndiyi dövrdə onun mərkəzlərindən birinə çevrilmişdir. 1919-cu il aprelin 13-də Amritsarın Calianval-Baqh meydanında müstəmləkəçilər əleyhinə keçirilən mitinqin iştirakçıları gülləbaran edilmişdir. 1947-ci ildə Hindistanın bölüşdürülməsi vaxtı Amritsar induist, müsəlman və siqhlərin arasında baş verən toqquşmalar zamanı böyük dağıntılara məruz qalmışdır. Amritsar və "Qızıl məbəd" İndira Qandi hökumətinin siqh ekstremistlərinə qarşı keçirdiyi "Mavi ulduz" əməliyyatı zamanı (1984) da zərər çəkmişdir. Şəhər 1577-ci ildə siqhlərin dördüncü dini başçısı (quru) Ram Das tərəfindən müqəddəs Ölümsüzlük (sanskrit dilində – amrita saras) gölü ətrafında salınmışdır. Amritsar siqhlərin başlıca dini və mədəniyyət mərkəzi hesab olunur. Burada onların baş ibadətgahları "Qızıl məbəd" (Xarimandir) yerləşir.
Ümumi məlumat
redaktəAmritsarda nəqliyyat qovşağı, mühüm sənaye və ticarət mərkəzi, toxuculuq, maşınqayırma, kimya sənayesi müəssisələri var. Polad prokat, şəkər, yun, ipək və pambıq parça, xalça istehsal olunur. Sümük, metal və göndən məmulat hazırlanır.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Places to visit in Amritsar
- Amritsar HRIDAY city Arxivləşdirilib 2015-05-05 at the Wayback Machine
- Amritsar City Portal Arxivləşdirilib 2017-06-01 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 455–56. ISBN 978-9952-441-02-4.