AVRO VƏ FUNT YENİDƏN UCUZLAŞIR
Avrozona iqtisadiyyatı fonunda proqnozların son altı ayın minimumuna düşməsi, EURUSD məzənnəsinin ucuzlaşmasına səbəb olmuşdur. Beləliklə, dollara olan tələbin artması da GBPUSD kimi digər aparıcı valyutaların dollara olan məzənnələrin ucuzlaşmasına səbəb olmuşdur.
EURUSD CÜTLÜYÜ YENİDƏN 1.18-LƏRDƏ
Çərşənbə axşamı 1.19-lara kimi bahalaşan EURUSD cütlüyü burada müqavimətlə qarşılaşaraq yenidən 1.1820 hədlərinə qədər ucuzlaşıb. Təhlillərə əsasən 1.1806 səviyyəsini aşağıya doğru qıra bilsə, 1.1738 və 1.1620 hədlərinə qədər ucuzlaşa bilər.
GBPUSD 1.36-LARA KİMİ UCUZLAŞA BİLƏR
GBPUSD valyuta cütlüyünə H1-də nəzər yetirdikdə, qiymətin ucuzlaşdığının şahidi oluruq. Əgər məzənnə 1.3792 səviyyəsini qıra bilsə, növbəti dəstək hədləri kimi 1.3732 və 1.3651 hədləri çıxış edir.
QIZIL UCUZLAŞA BİLƏR?
Dolların bahalaşması fonunda qızıl ucuzlaşmağa başlayıb. Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri 1790$-ın altına düşsə, 1782$ və 1775$-a kimi ucuzlaşa bilər.