Azərbaycan dövləti, hakimiyyəti və xalqı vahiddir, mətindir və qüdrətlidir!
Hər bir Azərbaycanlı bütün imkanlarını, bilik və bacarığını səfərbər etməklə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması ilə əlaqədar Azərbaycan dövləti tərəfndən indiyə qədər uğurla həyata keçirilən və bundan sonra da reallaşdırılacaq bütün tədbirləri dəstəkləməlidir. Bunun üçün biz sadə insanlardan əslində elə fövqəladə bir şey tələb olunmur. Ölkəmizin hüquq mühafizə orqanları öz vəzifə borclarını yüksək peşəkarlıqla yerinə yetirirlər. Biz sadə vətəndaşlar, bütün hallarda, heç bir şübhəsiz filansız dövlətimizə inanmalı, etibar etməli və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları başda olmaqla, rəhbərlərimizin arxasınca, onların göstərdiyi yollarla getməliyik. Buna paralel olaraq, dövlətimizi gözü götürməyən qüvvələr tərəfindən ölkə daxilində və ya xaricdə bir sıra KİV vasitəsilə, hansısa xoş olmayan məqsədlərlə yayılan şaiyələrə inanmamaq, istənilən məlumatları rəsmi və mötəbər mənbələrə istinadən dəyərləndirmək hamımızın ümumi evi olan Azərbaycan Respublikası ərazisində ictimai-siyasi sabitliyin qorunmasının xeyirinədir. Radikallıq, ekstremizm, devalvasiyanın meydana gətirdiyi müvəqqəti çətinliklərlə əlaqədar şəxsi mənafelərin güdülməsi, bu vəziyyətdən hansısa məqsədlər naminə yararlanmaq cəhdləri həmin arzuolunmaz davranışları sərgiləyən insanları əsla və əsla xoş nəticələrə aparıb çıxarmayacaq. Çünki Azərbaycan dövləti, hakimiyyəti və xalqı vahiddir, mətindir və qüdrətlidir!