Azərbaycan Məhkəmə Sistemində Effektivlik, Müstəqillik və Şəffaflıq
Azərbaycan Respublikası, Almaniya Federativ Respublikası , Birləşmiş Krallıq (Böyük Britaniya), Rusiya Federasiyası, Türkiyə Respublikası (Cumhiriyyəti) və Avstriya Məhkəmə Sistemlərinin Təhlili. Hüquqi Effektivlik, Müstəqillik və Şəffaflıq
Azərbaycan, Almaniya, Birləşmiş Krallıq , Rusiya, Türkiyə və Avstriya Respublikası məhkəmə sistemləri müxtəlif hüquqi ənənələrə əsaslanır və hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Almaniya, Birləşmiş Krallıq və Avstriya hüquqi səmərəlilik və müstəqillik baxımından yüksək standartları ilə seçilirlər. Rusiya və Türkiyənin məhkəmə sistemlərində bəzi siyasi təsirlər müşahidə olunur. Bu məqalədə hər bir məhkəmə sisteminin əsas xüsusiyyətlərini müqayisə edərək ölkəmizin islahat ehtiyaclarına daha da diqqət artırılmasına zərurəti vurğulayacayıq. Ola bilər ki, irad edilsin Azərbaycan digər böyük dövlətlərlə müqaisə edilməməlidir, o səbəbdən Avstriya məhkəmə sistemi təcrübəsini qeyd edtmişik.
Almaniya, Avstriya, Rusiya, Türkiyə və Azərbaycan “Civil Law” (mülki hüquq) sisteminə əsaslanır, burada qanunlar əsas hüquqi mənbədir. Birləşmiş Krallıq isə “Common Law” (ümumi hüquq) sisteminə əsaslanaraq presedent hüququnu tətbiq edir.
Almaniya və Avstriya: Bu ölkələrdə qanun mərkəzli sistem peşəkar hüquqi təhlillərlə birləşir. Almaniya və Avstriyada məhkəmə qərarları elmi təhlillərə əsaslanaraq dəqiqlik və hüquqi səmərəlilik təmin edir.
Birləşmiş Krallıq məhkəmə sistemi presedent hüququna əsaslanır. Burada hər bir məhkəmə qərarı gələcək işlər üçün məcburi presedent yaradır ki, bu da hüquqi çevikliyi təmin edir.
Azərbaycan, Rusiya və Türkiyə: Bu ölkələrdə “Civil Law” sistemi tətbiq olunsa da, məhkəmə qərarlarında hüquqi çevikliyi təmin edən mexanizmlər zəifdir. Rusiya və Türkiyədə qeyri-sabitlik və qərar keyfiyyətində dəyişkənlik mütəmadi xarakter daşıyır, Azərbaycanda isə çevik yanaşmaların olmaması bu sahədə hüquqi səmərəliliyi azaldır.
Avstriya və Almaniyada qanun mərkəzli sistemin müsbət təcrübəsi Azərbaycanda tətbiq olunması ədalət və şəfaflıq baxımından çox müsbət nəticələr verə bilər. Birləşmiş Krallıq də presedent hüququ hüquqi çevikliyi artırır. Azərbaycanın qanun mərkəzli sistemində çevik mexanizmlər və elmi təhlillərin çatışmazlığı hüquqi səmərəliliyi azaldır. Rusiya və Türkiyə kimi, Azərbaycanda da hüquqi sabitlik zəifdir, bu da məhkəmə qərarlarının keyfiyyətinə təsir edir.
Almaniya, Birləşmiş Krallıq və Avstriya məhkəmə sistemləri yüksək müstəqillik səviyyəsinə malikdir. Rusiya və Türkiyə məhkəmələri isə müstəqillik problemləri ilə üzləşir.
Almaniya və Birləşmiş Krallıq : Məhkəmə qərarları siyasi təsirlərdən tamamilə uzaqdır. Birləşmiş Krallıq də hakimlər “Judicial Appointments Commission” vasitəsilə təyin olunur, Almaniyada isə hakimlər yalnız hüquqi əsaslarla qərar qəbul edir.
Avstriya məhkəmə sistemində hakimlər peşəkar təyinat prosesindən keçir və hüquqi əsaslara əsaslanaraq qərar qəbul edir, siyasi təsirlərdən uzaq qalır.
Rusiya və Türkiyə: Bu ölkələrdə bəzi hallarda məhkəmə qərarları siyasi təsirlərə məruz qaldığı vaxtlar olub. Rusiyada bəzi məhkəmə qərarlarının siyasi qərarlarla uyğunlaşdırıldığı, Türkiyədə isə bəzi hakimlərin inzibati təzyiqlərlə üzləşdiyi bayədə KİV də məlumatlar yayılmışdır..
Azərbaycanda məhkəmə sistemi müstəqilliyi konstitusiya ilə təmin olunsa da, bəzi hallarda hakimlərin ədalətsiz qərarlar qəbul etməsi iddiaları və hakimlərin məsuliyyətə cəlb edilməsi barədə məlumatlar KİV də və sosial şəbəkələrdə dövri rast gəlinir.
Almaniya, Birləşmiş Krallıq və Avstriya məhkəmə sistemlərində geniş ixtisaslaşma mövcuddur. Rusiya və Türkiyədə isə bəzi sahələrdə ixtisaslaşma təmin edilsə də, geniş bir struktur yoxdur.
LinkedIn tarafından öneriliyor
Almaniya və Avstriya: Hər iki ölkədə müxtəlif sahələr üzrə ixtisaslaşmış məhkəmələr mövcuddur. Əmək, vergi və sosial hüquqlar üzrə məhkəmələr Almaniya və Avstriyada həm işlərin effektiv həllini, həm də qərarların keyfiyyətini təmin edir.
Birləşmiş Krallıq məhkəmə sistemi geniş bir struktura malikdir və müxtəlif ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Jury(JÜRİ) sistemi cinayət işlərində obyektivliyin təminatçısıdır.
Rusiya və Türkiyə məhkəmə sistemlərində müəyyən ixtisaslaşma mövcuddur, lakin bu strukturun genişliyi məhduddur və hüquqi səmərəliliyə təsiri zəifdir.
Azərbaycanda geniş ixtisaslaşmış məhkəmələr mövcud deyil və məhkəmələr ümumi,( ixtisaslaşmış ağır cinayətlər,hərbi) İnzibati, Kommersiya məhkəmələrindən ibarətdir, bu isə qərarların hüquqi nəticələrinin tam effektiv iışəməsinə mənfi təsir göstərir.
Düşünürəm ki, Almaniya və Avstriya məhkəmə sistemlərindəki ixtisaslaşma modelləri Azərbaycanda tətbiq olunmalıdır. İxtisaslaşmış məhkəmə strukturları qərarların hüquqi nəticələrinin keyfiyyətini artırır və prosesləri sürətləndirir. Azərbaycanda ixtisaslaşma səviyyəsinin yüksəldilməsi və strukturun genişləndirilməsi hüquqi proseslərin dəqiqliyini artırmasına gözəl töhfələr verə və ictimai nüfuzun daha da möhkəmlənməsinə səbəb ola bilər.
Birləşmiş Krallıq məhkəmə sistemi jury sistemini geniş şəkildə tətbiq edir, Avstriyada isə cinayət işlərində jury sistemindən istifadə olunur.
Rusiya, Türkiyə və Azərbaycan jury sistemini tətbiq etmir. Bu isə bir növ proseslərdə vətəndaş iştirakını məhdudlaşdırır.
Birləşmiş Krallıq və Avstriyada jury sistemi cinayət işlərində geniş tətbiq olunur və bu da vətəndaşların hüquqi proseslərdə birbaşa iştirakını təmin edir. Ümumiyyətlə bu (Jury) sistem hüquqi obyektivliyi artırır və qərarlara inamı gücləndirir.
Rusiya və Türkiyədə jury sistemi məhdud şəkildə olsa da tətbiq olunur, lakin vətəndaşlar məhkəmə proseslərində birbaşa iştirak edə bilmirlər.
Azərbaycanda jury sistemi yoxdur və hüquqi qərarların yalnız hakimlər tərəfindən bəzi hallarda daxili inamlarına əsaslanaraq qəbul edilməsi obyektivliyə qarşı iddialar yaradır və ictimai nüfuza mənfi təsir edir.
Birləşmiş Krallıq və Avstriyada tətbiq olunan jury sisteminin Azərbaycanda tətbiq edilməməsi bəzən qərarların obyektivliyinə şübhə yaradır. Rusiya və Türkiyədə olduğu kimi Azərbaycanda da jury sisteminin məhdudluğu vətəndaşların proseslərdə iştirakını azaldır, hüquqi məlumatlandırma və ictimai hüquqi təcrübə və savdlılığın inkşafına mane olur. Həmçinin bu sisteminin tətbiqi cəmiyyətin hüquq sisteminə etibarını, qanusuz hərəkətlərə reaksiyasını artırmaqla, bir növ müsbət təbliğat işi kimi də faydalı olar.
Almaniya, Birləşmiş Krallıq və Avstriya məhkəmə sistemlərində şəffaflıq ciddi təmin olunur və məhkəmə qərarları ictimaiyyət üçün açıqdır. Rusiya və Türkiyədə isə şəffaflıq bəzi hallarda məhduddur. Azərbaycan bu sahədə xeyli inqlabi irəlləyiş əldə etmişdir. Belə ki, elektron məhkəmə siteminin təbiqi, qəbul edilmiş qərarların anonimləşdirilərək istifadə üçün açıq elektronlaşma bu sahədə dövlət marağının mühüm göstəricilərdir. Məhkəmə prosesləri media tərəfindən izlənilir və qərarlar ictimaiyyətə açıq olmaqla vətandaşlar məlumatlandırılır. Lakin bəzi hallarda məhkəmə proseslərinin tam şəkildə ictimaiyyətə açıq olmadığı hallar da mövcuddur.
Bu gün Azərbaycan məhkəmə sistemində əsas iradlardan İnzibati məhkəmələrin qərarlarının daha çox inzibati orqanların maraqlarını müdafiə etməsi, Kommersiya Məhkəmələrində ümumi qanunvericiliyə və formalaşmış təcrübədən fərqli aktların qəbul edilməsi, digər məhkəmələrdə isə sübutların təqdqiq edilməsi və sübutetməmə məslələrində çoxsaylı narazılıqların olması “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI və onun “Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.
Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.” tələbinin tam olaraq icra edilməsinə nəzarət artırılmalıdır.
Sadaladıqlarıa əsasən hesab edirəm ki,Azərbaycan, məhkəmə sistemində islahatlar davam etdirilməli Beynəlxalq o cülədən Almaniya, Birləşmiş Krallıq və Avstriya modellərindən faydalanmalı, ixtisaslaşmış məhkəmə strukturları, müstəqil, savdadlı və təcrübəli kadrlardan ibarət təyinat prosesləri genişlənməli və artmalıdır. Bu islahatlar davam etdikcə və genişləndidikcə və müasir tələblərə uyğun yenilənməklə, məhkəmə sisteminin etibarı və vətəndaşların hüquqlarının müdafiəsində uğurlu nəticələr əladə ediləcəkdir.